“Ölümdən pis” 6 şey nədir?

07.08.2016 - 23:14

rr“The Daily Telegraph” qəzetində dərc olunmuş məqalə “Ölümdən betər 6 şey” adlanır. Məqalədə deyilir ki, yeni elmi araşdırma ağır xəstələrin bir sıra sağlamlıq problemlərini “ölümdən pis” olaraq qiymətləndirdiklərini göstərib. ABŞ-dakı Pensilvaniya Universitetinin alimləri 2015-2016-cı illərdə xəstəxanada yatan 180 pasientdən “ölümdən nəsə pis ola bilərmi” sualını soruşublar. Bu xəstələrin əksəriyyəti ürək qüsurlarından və xərçəngdən əziyyət çəkənlər olub. JAMA Internal Medicine jurnalında dərc olunmuş məqalədə deyilir ki, sorğunun sualında mərkəzi yeri ölümün tutması təsadüfi deyildi, çünki heç kəs ölmək istəmir.

Buna görə də sözü gedən pasientlərdən nəyin ölümdən pis və nəyin ölümdən yaxşı olduğu soruşulub. Rəyi soruşulanların 70 faizi sidiyin idarə edilə bilməməsini, tənəffüs aparatına qoşulmağı və yataqdan qalxa bilməməyi “ölümdən pis” kimi qiymətləndirib. Respondentlərin 60 faizinin daimi çaşqınlığı, 55 faizinin süni qidalandırma borusundan asılılığı və 50 faizinin bütün sutka ərzində kiminsə qayğısına möhtac olmağı ölümdən pis hesab etdiyi məlum olub. Maraqlısı budur ki, bütün bunları sadalayan pasientlərdən heç biri belə vəziyyətlərlə şəxsən üzləşməyib. Alimlərin fikrincə, bu ondan xəbər verir ki, insanlar hər hansı ağır vəziyyətə düşmədən onun ölümdən pis olduğunu söyləsələr də, belə hallarla şəxsən üzləşənlər ölümdən pis heç nəyin olmadığına inanırlar. Başqa sözlərlə alimlər “insan hər dərdə qatlaşır” deyiminin həqiqət olduğunu təsdiq ediblər. (bbc azəri)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=72534

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930