“Referendum ərəfəsində icazəsiz aksiyalara imkan verilməyəcək” – POLİS GENERALINDAN XƏBƏRDARLIQ

18.08.2016 - 14:27

155927_res_01“Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək. Referendum ərəfəsində razılaşdırılmamış yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək”.

APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə “Referendum prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və vəzifəsi” mövzusunda çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov deyib.

O. Zalov bildirib ki, bu prosesə xələl gətirmək istəyənlərə heç bir imkan tanınmayacaq: “Seçki komissiyalarının müraciətindən 10-15 dəqiqə sonra polis orada olacaq. Qeydə alınmış təşviqat qrupları ayrılmış açıq və qapalı yerlərdə öz təşviqatını aparacaq. Referendum günü isə seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq”.

O. Zalov qeyd edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq-mühafizə orqanları qarşıya çıxan problemləri yerindəcə aradan qaldırır: “Bəzi problemlər meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Hazırda ciddi heç bir problem yoxdur”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73373

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031