Rus zabitdən şok etiraf: “Cavad Xanın arvadı…”

30.09.2016 - 17:46

1475241096Gəncə xanı Cavad Xan Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir.

Gəncənin işğalında iştirak etmiş rus zabitinin Cavad Xanın həyat yoldaşı ilə bağlı xatirəsini təqdim edirik:

“Əgər Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o, qəhrəman tatar (azərbaycanlı) xanın qəhrəman zövcəsinin qılıncından salamat qalmayacaqdı. Əsgər araya girmiş, endirilmiş qılınc ona dəymişdi. Bu hadisədən sonra Sisianov dərhal çölə çıxıb, lakin rəngi qaçıb. Mən tatar arvadının əynində çərkəzi paltar, üstündə xəncər, əlində ərinin qılıncını gördüm. Qılınc tanış idi. Onun zəhmli əri o qılıncla mənə zərbələr endirmişdi, xanın qılıncı atraksionlar kimi oynayırdı, daha doğrusu, elə bil, rəqs edirdi. Mən onun “oyun”una dözə bilmədiyimi hər dəqiqə hiss edirdim və buna görə də əsgərlərdən birini məni əvəz etməyə çağırdım, özüm “oyun”dan çıxdım…

İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdan-ayağa qara paltarda idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı. Biz ona pul təklif etdik. O, cavab verməyə tələsmədi, yanındakı qızı çağırıb nəsə dedi. Qız dərhal yan otağa keçdi. Əlində bir kisə ilə qayıdıb gəldi. Bu, pul kisəsi idi. Xanın arvadı kisəni götürüb generalın qarşısında dayandı və düz onun gözlərinin içinə baxıb astaca nəsə dedi. Birdən dəhşət baş verdi, o, gözlənilmədən pul kisəsini generalın üzünə çırpdı. Qızıl onluqlar Pavel Dmitriyeviçin alnına, gözünə, burnuna, ağzına dəyib ayaqlarına töküldü. General başını aşağı əyib yerə tökülmüş qızıl pullara acgözlüklə baxanda, xanım mənalı bir tərzdə nifrətlə gülümsədi. General azdan-çoxdan qafqazlı adətinə bələd olduğu üçün Bəyim xanıma cavab vermədi, əlindəki pulu qaytarıb cibinə qoydu, qapıdan çıxanda nə isə fikirləşib geri qayıtdı, astanada dayanıb həmin pulları səpələdi, qadın pullara baxmadı, onları ayaqladı…”

Qeyd edək ki, bu xatirəni Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Mobil Vəkiloğlu Feysbuk səhifəsində paylaşıb.(Axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=77494

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031