“Təfəkkür” Universitetinin rektoru işdən azad edildi

17.10.2016 - 17:48

123ueRektor Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunduğunu kollektivə bildirib.

Bu barədə daxil olan məlumatda bildirilir ki, oktyabrın 17-də “Təfəkkür”  Universitetində keçirilən tədbiri giriş sözü ilə açan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev səhhətində yaranmış problemlərlə əlaqədar öz xahişi ilə  bu ali məktəbin rektoru vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O, bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb. M.Atakişiyev buna görə təsisçiyə minnətdarlığını bildirib.

M.Atakişiyev universitetin fəaliyyətində və inkişafında göstərdiyi böyük qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. O çıxışında universitetin yaran­masında və formalaşmasında xidmətləri olanların hamısına təşəkkür edib.

Tədbirdə çıxış edənlər universitetin inkişafı üçün göstərdiyi qayğıya görə Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Təhsil Nazirliyinə və ali məktəbin rəhbərliyinə minnətdarlığını bildiri­blər, professor Müşfiq Atakişiyevə isə tezliklə səhhətinin yaxşılaşmasını arzulayıblar.(Olke.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031