Oğlu Xalq şairinə 60 min dollarlıq abidə qoydurur – Nazirliklə qalmaqal

20.10.2016 - 16:34

2a5af72d85ba17eadba6c54251943f87Mərhum xalq şairi Zəlimxan Yaqubun büstünün hazırlanması məsələsində Mədəniyyət və Turizm Nazirliyi arasında fikir ayrılığı yaranıb.

Nazirlik xalq şairinin büstünün qoyulması üçün 10 min dollar vəsait ayırıb. Amma şairin ailəsi həmin məbləğdə qoyulacaq büstü bəyənməyib. Bu səbəbdən ailə üzvləri istədikləri büstün qoyulması üçün şəxsi hesablarından istifadə ediblər. Onlar 60 min dollara dəbdəbəli bir abidə düzəltdiriblər. Hazırda abidənin son tamamlama işləri aparılır.

Mərhum şairin oğlu Bəhlul Yaqubov saytımıza büstün hazır olduğunu desə də, nazirliklə yaranan qalmaqalı təkzib edib. Bildirib ki, heç bir narazılıq olmayıb: “Narazılıqla bağlı yayılan məlumatın heç bir əsası yoxdur. Atamın büstü hazırdır. Dekabrın sonlarında qoyulacaq”.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, bu məsələlərlə başqa qurum məşğul olur.

Qeyd edək ki, bu ilin yanvarın 9-da dünyasını dəyişən şair Fəxri Xiyabanda dəfn olunub.(BakiPost.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79717

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930