Çörək bahalaşacaq? – Rəsmi AÇIQLAMA

30.11.2016 - 15:08

corekAzərbaycanda son günlər çörəyin qiymətinin bahalacağı ilə bağlı əsassız məlumatlar dolaşır. İddia edilir ki, Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisinin qiymətinin dəyişməsi çörəyin bahalaşmasına səbəb olacaq.

Heç bir fakta söykənməyən bu məlumatlar insanlar arasında təşviş yaradıb.

Çörək istehsalı ilə məşğul olan iri müəssisələrdən saytımıza daxil olan məlumata əsasən, un məmulatlarının qiymətinin qaldırılması gündəmdə deyil.

“Hazırda çörəyin qiyməti çəkisinə görə 40, 50 qəpik təşkil edir. Təbii qaz və elektrik enerjisinin qiymətinin dəyişməsi bizim müəyyən etdiyimiz tariflərə təsir etməyəcək. Təşvişə düşmək lazım deyil. Qiymət artımı müzakirə mövzusu deyil”, – deyə bildirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev azvision.az-a açıqlamasında çörəyin bahalaşacağı haqda iddiaları yalanlayıb. Bildirib ki, hazırda bu məsələ nazirlikdə müzakirə olunmur və belə fakta rast gəlinməyib.

İqtisadiyyat və Sənaye Nazirliyidən isə bildirilib ki, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparır və monitorinqlər zamanı çörəyin satış qiymətində heç bir qiymət artımı qeydə alınmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83419

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031