Azərbaycanda daha çox bu ölkələrin diplomları tanınmır

02.12.2016 - 14:16

deplom“Azərbaycan Təhsil Nazirliyi tərəfindən tanınmayan diplomlar arasında daha çox MDB ölkələrinin – Rusiya, Ukrayna və Gürcüstanın təhsil müəssisələrinin diplomları çoxluq təşkil edir”.

Bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, 2007-ci ildən bu günə qədər nazirliyə 25 mindən çox xarici ölkə diplomlarının tanınması ilə bağlı müraciətlər daxil olub:

“Onların 70-75 faizi təsdiqlənib. Yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb. Nostrifikasiya ilə əlaqədar müvafiq dövlət orqanlarından şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Ancaq diplomların tanınmaması onun saxta olması demək deyil. Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Çünki buna həm vəsaiti, həm də zamanı sərf olunur. Onun əldə etdiyi diplom nostrifikasiya prosedurlarına uyğun əldə olunmalıdır ki, həmin diplom ölkə tərəfindən tanınsın.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=83588

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930