“Lənkəranskinin üzünü görmüşəm…” – Rövşəni dəfn edən axund

16.01.2017 - 21:50
Rövşən Lənkəranskinin üzünü görməmiş ona cənazə namazı qılınmazdı”.
Bu barədə  Rövşən Lənkəranskinin cənazə namazını qılan və onu dəfn edən QMİ sədrinin Cənub bölgəsi üzrə Səlahiyyətli nümayəndəsi, Böyük Bazar “Hüseyniyyə” məsçidinin və Lənkəranın baş axundu, tanınmış ilahiyyatçı Hacı Sədi (Qəni) Axundzadə bildirib.
O vurğulayıb ki, bir sıra Kütləvi İnformasiya Vasitələrində Rövşən Lənkəranskinin ölməməsi ilə bağlı yayılan məlumatlar şoudur və heç bir əsası yoxdur:
“Yayılan məlumatlar dezinformasiyadır. Boş-boş şou yaradırlar. Allah Rəhmət eləsin! Siz onun dəfnində insanların izdihamını da gördünüz. Hər halda biz cənazəni, mərhumun üzünü görmədən ona namaz qılmırıq. Belə bir “məlumatların” yayılmasına da ehtiyac yoxdur”.
Xatırladaq ki, Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) avqustun 18-də Türkiyədə öldürülüb. “Rövşən Lənkəranski” kimi məşhurlaşan R.Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı maşın 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb. Çarpaz atəşə tutulan avtomobil dəlik-deşik edilib. Avtomobilin içərisində olan “Lənkəranski” və adı açıqlanmayan sürücüsü ağır yaralı olaraq təcili yardımla xəstəxanaya aparılıb.(unikal.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85571

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930