Vaxtı keçmiş malların bir hissəsi yenidən satışa qayıdır – DİQQƏTLİ OLUN

18.01.2017 - 16:51

“İstehlak bazarında aparılan yoxlamaların təhlili göstərir ki, qarşılıqlı razılaşmaya əsasən bəzi pərakəndə ticarət obyektlərində istifadəyə yararsız hala düşmüş-saxlama və yararlılıq müddəti bitmiş, temperatur rejimi və saxlama şəraitinin pozulması nəticəsində keyfiyyətini itirmiş məhsullar pərakəndə ticarət obyektləri tərəfindən satışdan çıxarılaraq mal göndərən təşkilatlara geri qaytarılır”.

Bu haqda “İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov bildirib.

Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə əsasən bu cür malların satışının qadağan olunduğunu nəzərə alsaq, istehsalçı, idxalçı və təchizatçı müəssisələr tərəfindən həmin malların geri yığılması başa düşülən deyil. Bir sıra pərakəndə ticarət obyektləri isə bu halı malları geri qaytararaq dəyərinin əvəzləşdirilməsi, yaxud istifadəyə yararsız malların əvəzinə yararlı mal götürülməsi ilə izah edirlər. Bu hal iqtisadi münasibətlərdə, istehlakçıların hüquqlarının qorunmasında, rəqabətli bazar mühitinin yaranmasında da ciddi problemlər yaradır.

A.Sərdarov bildirib ki, bir sıra pərakəndə ticarət obyektlərində yararsız hala düşmüş məhsulların geri qaytarılması mal göndərənlər tərəfindən istehsal tarixi, yararlılıq müddəti dəyişdirilərək, bəzən, hətta dəyişdirilməyərək, yenidən etiketlənərək təkrar pərakəndə ticarətə qayıdır. İri mal göndərən subyektlərin orta və kiçik, yeni yaranmış sahibkarlıq subyektlərini bazardan sıxışdırmasına və bazarda təmərküzləşmə yaranmasına səbəb olur. Belə ki, iri mal göndərənlər külli miqdarda malları pərakəndə ticarət obyektlərinə təhvil verib satılmayan hissəsini geri götürürlər. Bu subyektlərin ticarət dövriyyəsi böyük olduğundan malların geri götürülməsi onların iqtisadi vəziyyətinə bir o qədər də təsir etmir. Kiçik və yeni yaranmış sahibkarlıq subyektləri isə bu cür rəqabətə davam gətirə bilmirlər.

Bütün bunlara əsasən A.Sərdarov təklif edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nın 4.8-ci bəndinə aşağıdakı məzmunda 2-ci abzas əlavə edilsin:

“Saxlama və yaralılıq müddəti ötmüş və istifadəyə yarasız hala düşmüş malların pərakəndə ticarət, ictimai iaşə və digər obyektlərdən mal göndərən sahibkarlıq subyektlərinə qaytarılması qadağandır. Bu malların adi qaydada yerində məhv edilməsi mümkün deyilsə, onlar məhv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış müəssisələrə təhvil verilməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85708

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930