Qanlı yanvar deyil, şanlı yanvar…

20.01.2017 - 11:38
Hərdən biz ata-babalarımızın nəsihətlərini unuduruq, özü də tez unuduruq. Babam Kürd Musa, ömrünün sonuna-yəni 115 yaşına qədər Qərbi Azərbaycanın Vedibasar əyalətində yaşamışdır. O, hər zaman ermənilərin müxənnət olduqlarından danışardı və bizə tövsiyəsi də o olardı ki, ermənilərə etibar etməyin. Çünki, onlar fürsət düşən kimi, öz pis əməllərini həyata kecirəcəklər.
Mən ona qədər erməni-musəlman davası gormuşəm. “İtlə yoldaş olanın zopası əlində olmalıdır”, deyə bizə nəsihət verərdi.
İllər keçdikcə bu sözlərin müdrikliyinin şahidi olduq. Şovinistlərin fitvası ilə erməni daşnakları Azərbaycanın əzəli yerləri olan Dağlıq Qarabağ torpaqlarının işğalına başladı. Və düz 27 il əvvəl -1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının başına gətirilən faciələrin ən dəhşətlisi gətirildi. Vətənin istiqlalı və milli azadlığı uğrunda mubarizəyə qalxan, qəlbindəki vətən sevgisindən başqa heç bir silahı olmayan əliyalın, günahsız insanlar, təpədən dırnağa qədər ən muasir silahlarla silahlanmış,azğın erməni daşnaklarının və Sovet imperiyası qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Gullu-cicəkli Bakımızın qara asvalt yolları, xalqımızın azadlığı uğrunda mubarizəyə qalxan, igid oğlan və qızlarmızın qanı ilə boyandı. Xalqımız öz suverenliyi uğrunda mubarizədə ilk şəhidlərini verdi. Paytaxtın Azadlıq meydanından Şəhidlər Xiyabanına qədər qırmızı qərənfillərlə şəhidlərə misli gorunməmiş “cələng” horuldu, matəm cələngi. Onlar öz ölümləri ilə əbədi ölməzlik qazandılar.
Şəhidlər Xiyabanı vətən yolunda canlarını fəda vermiş oğul və qızlarımız üçün əbədi mənzil oldu. Al-qırmızı qərənfillər Şəhidlər Xiyabanının rəmzinə çevrildi.
Bünövrəsi qanla qoyulan bir quruluşun sonu, qanla da bitməli idi. Belə ki,1986-cı ildə Alma- Atada qazax xalqının qırğını, 1988-ci ildə Fərqanə hadisələri,1989-cu ilin aprelində Tbilisi qətliyamları, 1990-cı ilin yanvarında Bakıda, 1991-ci ildə Vilnus şəhərində qanlı qırğınlar torədildi. Təəssuf ki, Moskva və Bakıda oturan satqın rəhbərlərin hazırladığı cinayətkar planlar həyata keçirildi.
Bakı əhalsi dəhşətli səhnə ilə üz-üzə qaldı. Sinəsi güllələrdan deşik-deşik olmuş insan cəsədləri ürəkləri göynədir, tükürpədici nalələrin sədası ərşə qalxırdı. 20 Yanvara açılan səhərdə 130-dan artıq şəhid, 700-dən artıq yaralı qana boyandı. Bu hadisələri gizlətməyə çalışan dovlət rəhbələrinin əksinə olaraq, Moskvada yaşayan və işləyən Ulu Ondər Boyuk Heydər Əliyev etiraz əlaməti olaraq Sov.İKP sıralarından çıxması üçün bəyanatla çıxış etdi. Bu, təkcə siyasi partiya üzvünün deyil, uzun müddət Sovet rəhbərlərindən biri olmuş qorxmaz bir şəxsiyyətin cəsarətli hərəkəti idi. Xalq heç vaxt yanılmır, ona görə də gec də olsa qardaş qırğınının vaxtında qarşısının alınması ucun Azərbaycanın xilaskarını Bakıya gətirdi və qısa zamanda yarana biləcək vətəndaş müharibəsinə və hərc-mərcliyə bir güllə atılmadan son qoyuldu. Xalqımızın, Azərbaycanımızın azadlığı uğrunda canlarını qurban verənlərə mərkəzi Moskva hökuməti terrorist adı versə də, məhz Ulu Öndər Böyuk Heydər Əliyevin tarixi xidmətidir ki, 20 Yanvar qırğını Ümummilli faciə səviyyəsinə qaldırıldı və ona hüquqi-siyasi qiymət verildi. Ulu Öndər Boyuk Heydər Əliyev şəhidlərin ruhunun yad edilməsinə həmişə boyuk diqqət yetirərdi. Onun şəxsən şəhidlər üçün abidə kompleksinin tikdirməsinə nəzarət etməsi, xalq tərəfindən xüsusi qiymətləndirilmişdir. Bu, xalqın gələcəyi üçün atılan mühüm bir addım idi. İnanırıq ki, 20 Yanvar qəhrəmanları heç vaxt unudulmayacaq, Şəhidlər Xiyabanı xalqımızın inanc yeri və ziyarətgahı olmuş və hər zaman olacaqdır. Ancaq təsəlli ondadır ki, Vətənimiz və xalqımız uğrunda tökülən qanın hesabına Azərbaycanımız azad, Vətənimiz müstəqildir. Azərbaycan xalqı öz müdrik Lideri Ulu Öndər Böyük Heydər Əliyevin rəhbərliyi ilə mustəqilliyini əldə etmişdir. Xalqımız yaxşı bilir ki, Ulu Öndər Böyük Heydər Əliyev siyasətini inamla davam etdirən hormətli Prezidentimiz İlham Əliyev cənabları daxili və xarici siyasəti nəticəsində olkəmizi öndə gedən ölkələr sırasına cıxarmaqla xalqımızın və vətənimizin qarantı olduğunu əməli işi ilə isbat etmişdi.
T A R İ X
1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın
köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb cıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mubarizəyə qalxmış bir xalq
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi…
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın butun rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı,radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir gunahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Ulu Öndər Böyük Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nuümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu gostərdi. Bu tarixi cıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.
1993-cu ildə Ulu Öndər Böyük Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dunya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür. Ümummilli liderin 1994-cu il yanvarın 5-də, 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cu il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi Məşəl” abidə-kompleksi də Ümummilli lider Böyük Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir.
Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. Bu gun Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhid – lərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini cox boyuk hörmət və ehtiramla əziz tutur, onların igidliyini yuksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan, müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli liderimiz Böyük Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
Bəli şəhidlərimiz qanları ilə Xalqımıza Şanlı tatix yazdılar , ŞANLI YANVAR-AZADLIQ DASTANI.
Tahir Suleyman
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85858

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930