PKK-çı qadından şok etiraf — İŞİD məni seks köləsinə çevirəcək

07.02.2017 - 20:28

Danimarka vətəndaşı Coanna Palani İraq və Suriyaya gedərək PKK terror qruplaşmasının qolu sayılan YPG sıralarına qoşulub

 Palaninin pasportu əlindən alınaraq ölkəsinə göndərilib.

23 yaşlı Coanna YPG sıralarında İŞİD-ə qarşı vuruşub və sonra ölkəsinə göndərilib. İran kürdü olan Palaninin atası və babası peşmərgədir. İraqın Ramadi şəhərindəki bir qaçqın düşərgəsində 1993-cü ildə dünyaya gələn Palaninin ailəsi Körfəz müharibəsi dövründə Kopenhagenə köçüb.

Coanna Kopenhagendə siyasət və fəlsəfə üzrə ali təhsil alıb. Ötən ilin may ayında bir jurnalistə Yaxın Şərqdə baş verən hadisələri danışıb və demişdi ki, İŞİD terrorçularını öldürmək çox asandır. Palani snayper təlimi keçdiyini etiraf etmişdi.

İŞİD qruplaşması isə Palanini sağ və ya ölü gətirənə 1 milyon dollar mükafat vəd edib. Palani isə iddia edir ki, İŞİD onu tutaraq seks köləsinə çevirmək istəyir. Qız bu səbəbdən üç gündən bir yerini dəyişdirmək məcburiyyətindədir.

Hikmət
Ölkə.Az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031