Lapşini gətirməyə Bakıdan əməliyyat qrupu getdi

07.02.2017 - 22:31

Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat-istintaq qrupu bloqqer Aleksandr Lapşini Bakıya gətirmək üçün xüsusi reyslə Minskə yola düşüb.

Virtualaz.org xəbər verir ki, yaxın saatlarda qalmaqallı bloqqerin əlləri qandallı Bakıya gətiriləcəyi gözlənilir.

Xəbər yenilənir…

*   *   *14:15

Belarus Ali məhkəməsinin bloqqer Aleksandr Lapşin barədə çıxardığı qərar açıqlanıb.

Virtualaz.org xəbər verir ki, Ali məhkəmə bloqqerin vəkillərinin onun Azərbaycana ekstradisiyasına dair qərardan verdikləri şikayəti təmin etməyib.

Beləliklə, İsrail və Rusiya vətəndaşlığını daşıyan bloqqerin Azərbaycana verilməsi qərarı qüvvəyə minib. Onun elə bu gün Bakıya yola salınacağı gözlənilir.

*   *   *12:17

Belarusun Ali məhkəməsi bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair qərardan verilmiş şikayətə baxılmasını başa çatdırıb.

Virtualaz.org xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Natalya Şekina bildirib. Onun sözlərinə görə, məhkəmə işə baxmağa yarım saatdan da az vaxt sərf edib. Qərar isə yaxın dəqiqələrdə açıqlanacaq. Lapşin bu günkü məhkəmədə olmayıb. Əgər məhkəmə onun ekstradisiyasına dair qərarı qüvvədə saxlasa qərar dərhal qüvvəyə minəcək və Lapşin Azərbaycana göndəriləcək.

*   *  *11:21

Bu dəqiqələrdə Belarusun Ali məhkəməsi Rusiya və İsrail vətəndaşlığını daşıyan qalmaqallı bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına dair çıxarılmış qərardan vəkillərin verdiyi şikayətə baxır.

Virtualaz.org Belarus KİV-lərinə istinadən xəbər verir ki, Ali məhkəmənin bu işlə bağlı iclası qapalı rejimdə keçirilir. Lakin hökmün elan olunması açıq olacaq.

Belarus Baş prokurorluğu Lapşinin Azərbaycana ekstradisiyasına dair yanvarın 18-də qərar çıxarıb. Vəkillər bu qərardan Minsk məhkəməsinə şikayət veriblər. Lakin məhkəmə şikayəti təmin etməyib, vəkillər bu dəfə Ali məhkəməyə şikayət veriblər. Əgər Ali məhkəmə ekstradisiya qərarını qüvvədə saxlasa Lapşin elə bu gün Bakıya gətiriləcək. Azərbaycan hüquq-mühafizə orqanları Lapşini Qarabağa qanunsuz səfər etməkdə və ölkənin ərazi bütövlüyünə qarşı açıq çağırışlarda ittiham edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031