DYP RƏISI MÜHARIBƏ VETERANINI XƏSTƏXANALIQ ETDI – GENERALA QARŞI ŞOK ITTIHAM

14.02.2017 - 19:20

DİN-in BDYPİ rəisi general Ramiz Zeynalovdan daha bir şikayət var.

Bu barədə Qarabağ Müharibəsi veteranı, məcburi köçkün və II qrup əlil Şamil Abbaslının qızı ictimai fəal Həcər Abbaslı müraciət ünvanlayıb.

Şikayətçi bildirib ki, 9 saylı MERO rəisi Tariyel Məmmədovun vəzifə səlahiyyətləri aşaraq atasına yaratdığı problemlərdən şikayət etmək üçün zərərçəkmiş qismində BDYPİ rəisi ilə görüşmək üçün ona zəng edib.

Ramiz Zeynalov veterana saat 5 üçün idarəyə gəlməsini və onun qəbul edəcəyini bildirib. Zərərçəkmiş vətəndaş Şamil Abbaslı rəisin dediyi saatda orda olduqda rəisə zəng vurub idarədə olduğunu bildirir.

BDYPİ rəisi isə Vətən uğrunda sağlamlığını fəda etmiş vətəndaşa“Rədd ol burdan, səni qəbul etmirəm” deyib təhqir edib. Ş.Abbaslı qarşılaşdığı təhqiramiz münasibətdən mənəvi sarsıntı keçirib və ürək tutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabil ağır olaraq qalır.

Keçmiş döyüşçünün ailəsi generalın hörmətsizliyini Prezidentin tapşırığına məhəl qoymamaq kimi dəyərləndirib:

“Niyə bu adamlar ölkə başçısının hədələrindən qorxmurlar, niyə vətəndaşla lazımsız əşya kimi davranırlar, niyə bu harın məmurlar məsuliyyət hissini itiriblər? Axı bunlara bu ixtiyarı kim verib? Prezident İlham Əliyev hər zaman çıxışı zamanı icra başçılarını, məmurları sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb. Amma əfsuslar olsun ki, Ramiz Zeynalov kimi məmurlar bundan nəticə çıxarmırlar. Ümid edirik Cənab Prezident özü bu məsələyə müdaxilə edəcək və vətəndaşı incidən Ramiz Zeynalovun qanuna müvafiq qaydada cəzalandırılmasına göstəriş verəcək”. – deyə müraciətdə qeyd olunub.

Onu da nəzərə çatdıraq ki, artıq məsələ ilə bağlı Prezidentə müraciət ünvanlanıb.

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.(mia.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88194

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930