Sabiq MTN generalı jurnalistləri təhqir edib

14.02.2017 - 23:59

Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi proses Sabunçu rayon Məhkəməsində keçirilir.

İclasda təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
cuz qiymətə satıldığından əhalinin böyük hissəsi özləri də bilmədən orqanizminə zərərli olan məhsulları almağa üstünlük verirlər.

İstifadə etdikdə sonra ağır fəsadlarını görür, həkimə müraciət edir, aldıqları məhsulun qiymətindən qat-qat artıq dava-dərmana, müalicəyə xərcləməli olurlar.
Öz cibini düşünən işbazları isə vətəndaşların sağlamlığı maraqlandırmır və onlar üçün bu amil ikinci dərəcəli hesab olunur.

Bakı sakini Səidə Məmmədovanın başına gələn xoşagəlməz olay bu qənaətə gəlməyə əsas verir.

O, orqanizmi digər yağlara həssas olduğu üçün yeməklərin hazırlanmasında qarğıdalı yağından istifadə edir.

Bu dəfə mağazaya girəndə piştaxtada Rusiya istehsalı olan qarğıdalı yağı diqqətini çəkib. Fikirləşib ki, Rusiyada istehsal olunubsa, yəqin keyfiyyəti də yaxşı olar.

“Kubanskaya semeçka” adlı qarğıdalı yağını alıb və yemək hazırlayıb. Çox keçməyib ki, mədəsində ağırlaşma başlayıb, orqanizmində dəyişikliklər baş verib. Həkim müdaxiləsindən və aparılan müalicədən sonra istehlakçı birtəhər özünə gəlib.

Səidə xanım orqanizmində baş verən fəsadların istifadə etdiyi bitki yağında görür. Tərkibinin yoxlanması üçün Azad İstehlakçılar Birliyinə (AİB) müraciət edib.
24saat.org xəbər verir ki, AİB sədri Eyyub Hüseynovun bildirdiyinə görə, vətəndaşın şikayəti əsasında “Kubanskaya semeçka” markalı qarğıdalı yağı satışdan alınaraq mütəxəssislərin iştirakı ilə akt tərtib olunub. Anonim qabda qablaşdırılaraq analiz üçün laboratoriyaya göndərilib:
“Yağın qarğıdalı yağı turşuluğuna uyğunluğunu müəyyən etmək üçün 6 parametr üzrə tədiqat aparılıb. Çox təəssüf ki, nəticələr ürəkaçan olmayıb.

Bəlli olub ki, etiketində Rusiya istehsalı yazılmış “Kubanskaya semeçka”nın tərkibində qarğıdalı yağı yoxdur və tərkib qarğıdalı yağının tələblərinə cavab vermir.”

“Bəs tərkibində hansı yağlar və qarışıqlar var” sualına isə E.Hüseynov dəqiq məlumatı olmadığını bildirib. Tərkibinin öyrənilməsi üçün yenidən laboratoriyaya göndəriləməsinə ehtiyac olduğunu qeyd edib.

Əlavə tədbirlərə gəlincə, bu barədə Dövlət Gömrük Komitəsinə, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat veriləcəyini vurğulayıb.
Son dönəmlər işbazların fürsəti dəyərləndirməkdən ötəri bütün yollara əl atdığını nəzərə alaraq, hər hansı malı alan zaman ehtiyatlı olmalı, çox ucuz malın arxasınca qaçmamalıdırlar ki, onlar da Səidə Məmmədovanın gününə düşməsinlər.

 

Daha sonra iclasda çıxış edən prokuror zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun Akif Çovdarovun da vəkili olduğunu deyib və ona görə K. Nəsibovun prosesdən uzaqlaşdırılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və K. Nəsibov iclasdan uzaqlaşdırılıb.

Təqsirləndirilən şəxslərdən Fizuli ƏliyevSübahir Qurbanovun müdafiəsinə yeni qoşulan vəkillər isə cinayət işi ilə tanış olmaq üçün vaxt istəyiblər.

Məhkəmə vəsatəti təmin edib və növbəti iclas fevralın 21-nə təyin edilib.

İclasdan sonra jurnalistlər təqsirləndirilən Natəvan Mirvətovadan ittihama münasibət öyrənmək istəyiblər. O, jurnalistlərə “rədd olun” deyərək təhqir edib (APA).

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88205

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930