Bakıda maşınını evakuator aparan sürücü görün nələr etdi – VİDEO

17.02.2017 - 14:59

Fevralın 14-də Bakıda avtomobili evakuatorla cərimə meydançasına aparılan sürücü qeyri-adi hərəkət edib.

Baş verənlər isə Avtosfer.az-ın kamerasına tuş gəlib. “Mercedes” markalı, 99-EO-657 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mustafa Sübhi küçəsi ilə Fuad İbrahimbəyov küçəsinin kəşişməsində dayanma-durma qaydasını pozduğuna görə onun avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinə məxsus 90-JM-007 qeydiyyat nişanlı evakuatora yüklənərək duracağa aparılıb.

Mağazadan çıxıb avtomobilinin duracağa aparıldığını görən sürücü isə xeyli məsafəni qaçaraq maşına çata bilib. O, İnşaatçılar prospektində evakuatorun dayanmasını fürsət hesab edərək onun üstünə çıxıb və öz avtomobilinə əyləşib. Evakuatorun sürücüsü bunu görsə də, səhlənkarlıq edib və hərəkəti davam etdirib. Burada qanunvericiliyin tələbi kobud şəkildə pozulub. Çünki evakuatorun sürücüsünün hərəkətə başlaması digər şəxsin evakuatordan yıxılmasına səbəb ola bilər.

Bu əməlinə görə evakuator sürücüsünü yükdaşıma qaydalarını pozduğu üçün 40 manat cərimə gözləyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88512

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930