Həbsdəki rəis 4,4 milyon ödəyib, azadlığa çıxır! – Əmlakları üzərindən həbs götürülüb

21.02.2017 - 12:08

Eldar Mahmudovun MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmasının sıradan çıxarılmasından sonra onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki əlaltıları da ifşa edildi

 
Nazir Əli Abbasovun özü həbs olunmasa da, onun tabeçiliyində olan bir neçə şəxs “MTN işi” çərçivəsində həbsə alındı. Ancaq deyəsən, hakimiyyət MTN–nin cinayətkar ünsürlərindən fərqli olaraq, həbsdəki rabitəçilərə qarşı güzəştli mövqe tutur. 
Təxminən iki ay əvvəl “MTN işi” çərçivəsində həbs edilən Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov azadlığa çıxdı.
Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir rabitəçi azadlığa qovuşacaq. Bu, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovdur. Məlumata görə Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ 4 milyon 400 min manat təşkil edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbə Məhəmməd Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir.
Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən «Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də həbs edilənlər arasındadır.
Cumhuriyyet.az
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88813

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930