Suşi haqqında bilmədikləriniz: parazitlər bu yeməyin HƏVƏSKARLARINI YEYİR

21.02.2017 - 13:39

Səksəninci illərin əvvəlindən suşi inanılmaz populyarlıq əldə etdi. Hazırda demək olar ki, dünyanın bütün ölkələrində onu hazırlayırlar. Bu da təsadüfi deyil, axı suşi çox dadlı olmaqla yanaşı, həm də az kalorili yemək növüdür.

Lakin suşi həvəskarlarını tez-tez onun sağlamlığa təsiri barədə məsələlər narahat edir. Məsələn, Suşi rolları orqanizmə ciddi zərər vura bilərmi?

Cumhuriyyet.az suşi haqqında maraqlı faktları təqdim edir.

опасность употребления суши

Yeganə problem suşinin tərkibinə daxil olan əsas qida – bişməmiş balıq növləridir. Çünki çiy balıqda bağırsaq qurduları ola bilər. Tədqiqatlar da bu faktı təsdiqləyir: həm balıqlarda, həm də dəniz məhsullarının 80-90 faizində yoluxucu helmintlər var. Nə qurudulma, nə də hisə vermə balıq ətlərindəki bağırsaq qurdlarının yumurtalarını və ya sürfələri öldürmür.

опасность употребления суши

Eyni zamanda yapon mətbəxində işləyən aşpazlar alimlərin tədqiqatlarını təkzib etməyə hazırdır. Onlar iddia edir ki, çiy balıq və digər dəniz məhsulları böyük həcmdə restoran və suşi-barlarda yalnız zəruri tədqiqatların aparılmasından sonra çıxarılır. Suşi ustalarının sözlərinə görə, hər bir məhsulun sertifikatı, baytarlıq arayışı, həmçinin digər sənədlər paketi olur.

опасность употребления суши

Əslində isə adi sanitariya normalarına əməl edilməməsi də helmintlərə yoluxma səbəbi ola bilər. Yapon aşpazları və həkimlər xəbərdarlıq edir ki, suşini yalnız sınanmış yerlərdə yemək lazımdır. Xüsusilə yapon restoranları və iri şəbəkələrə üstünlük vermək daha yaxşıdır. Çünki xırda kafelər sanitariya nəzarəti olmayan daha ucuz məhsullar ala bilərlər.

Aytən

publika.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930