Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakultəsində Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi- FOTOLAR

23.02.2017 - 11:00

Cumhuriyyet.az  xəbər verir ki, 22 fevral 2017-ci ildə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə fakültənin dekanı, professor Muğan Quliyev, professor-müəllim, tədris-köməkçi heyəti və tələbələr iştirak edirdi. Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent  Gülsüm Fətəliyeva  da tədbirə dəvət edilmişdi.

Tədbir zamanı Xocalı soyqırımının insanlıq tarixində və insanlığa qarşı işlənmiş ən qəddar, amansız cinayətlərdən biri olduğu qeyd olundu. Erməni faşistlərinin uşaq, qadın və qocalara belə aman vermədiyi konkret foto və videolarla əks etdirildi. Ümummilli liderimiz Heydər Əliyevin  sözləri ilə desək “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri- insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. ”

Hər il fevralın 26-da bütün Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini  yad edir. Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Sonra fakültənin təsviri incəsənət kafedrasının müəllim və tələbələrinin Xocalı faciəsinə həsr olunmuş yeni işlədikləri rəsm əsərlərinin sərgisi keçirildi. Sərgidə 20-yə yaxın rəsm əsərləri nümayiş etdirildi.

Tədbirin rəsmi –bədii hissəsini fakültə dekanı, professor M.Quliyev açdı,  Xocalı faciəsi haqqında ətraflı çıxış etdi.

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent G.Fətəliyevaya söz verildi və onun da dərin  məzmunlu, yüksək vətənpərvərlik ruhunda, analitik çıxışı tədbir iştirakçiları tərəfindən diqqətlə dinlənildi.

Tədbirdə fakültə tələbələri Xocalı faciəsinə həsr olunmuş şerlər, o cümlədən öz yazdıqları şerləri yüksək səviyyədə ifa etdilər.

Tədbirdə çıxış edənlər çox böyük inamla onu ifadə etdilər ki, Azərbaycan xalqı və onun şanlı ordusu Ali Baş komandan, prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə bütün işğal olunmuş Azərbaycan torpaqlarını azad edəcəkdir. 2016-cı ilin Aprel döyüşləri bunu deməyə əsas verir.

ELÇİN  CAVADOV,

texnika elmləri üzrə fəlsəfə doktoru,dosent

(Gəncə Dövlət Universiteti)

Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930