Girov düşən qızlarımız, sinəsi dağlanmış əsgərimiz: Keçmiş döyüşçünün SÖHBƏTİ – VİDEO

26.02.2017 - 20:30

Vaqif Əlisoy 1954-cü ildə anadan olub. 1976-cı ildə indiki Azərbaycan Pedoqoji İnstitutunu bitirib. Bir müddət Kəlbəcərdə, sonra isə Cəbrayılda müəllim işləyib. Ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başlayanda, Vaqif müəllim könüllü olaraq Cəbrayılda yerli özünümüdafiə taboruna yazılıb. 1992-ci ildə Əsir və Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri təyin olunub. Vaqif Əlisoyun rəhbərliyi altında 1992-93-cü illərdə 50-dən çox Azərbaycan vətəndaşı erməni əsir və girovluğundan azad olunub.

Keçmiş döyüşçü Vaqif Əlisoyun danışacağı bu əhvalat Xocalıda əsir düşən və ermənilərin başını kəsməyə hazırlaşdığı Qarabağ döyüşçüsünün azad edilməsindən bəhs edir. Əslən Göyçay rayonundan olan Mayıl Məmmədov adlı bu Qarabağ döyüşçüsü hazırda sağdır. Və bu əhvalatın danışılmasına özü də razılıq verib.

Beləliklə, Modern.az saytı Vaqif Əlisoyun müharibə dəhşətlərini özündə əks elətdirən söhbətini oxuculara təqdim edir.

– Danışacağım əhvalatın qəhrəmanı sağdır. Əsirlikdən azad etdiyim onlarla oğuldan biridir. Bu əməliyyatda istirak etmiş və adlarını çəkəcəyim döyüşçülərdən də sağ olnlar var və söyləyəcəklərimi hər biri təsdiqləyə bilər. İstərdim bunları gənc nəsil də bilsin və unutmasın.

1992-ci ilin mart ayının 15-i idi. Cəbrayıl rayonu ərazisində ön cəbhədəki “Qusçular” postundan döyüsçulər mənimlə əlaqə saxlayıb, təcili ora getməyimi xahis etdilər. Onu qeyd edim ki, o zaman biz Cəbrayıl döyüşçülərinin öz gücü hesabına Dağlıq Qarabağın Hadrut rayonunun 15 kəndini ermənilərdən azad etmisdik və həmin kəndlər də bizim əsgərlərin tam nəzarətindəydi.

Kəsfiyyat məlumatları vardı ki, Xocalıdan olan girov qızlar, qadınlar və əsir əsgərlərin bir qismi Hadrut rayonuna gətirilib. Bu məlumat bizə çatandan sonra ermənilər hər gün həmin girov qadınları və bir hərbi əsiri “Armud postu”na çıxarıb uzaqdan əsgərlərimizə göstərir, bizimkilərin əsəblərilə oynayırdılar. Bəzən də girov qız-gəlinlərlə alçaq davranışlarının, etdikləri şərəfsiz hərəkətlərin səs-küyünü ratsiya ilə efirdə yayır (nə demək istədiyimi yəqin basa düsürsünüz), bizimkiləri qıcıqlandırırdılar. Dəfələrlə o qızlarla ratsiya vasitəsilə danışmışdım. Mənə nələr deyirdilər, bunu bütün Cəbrayıl camaatı bilir, çünki postlarımızdakı ratsiyalar kənd təsərrufatı üçün nəzərdə tutulmuş aparatlar idi və yayılan danışığı hamı, eyni zamanda hətta Beyləqanda da eşidirdilər.

”Quşçular” postundan məlumat alan kimi, dərhal ora getdim. Əsgərlər dedilər ki, Hadrutdan Edik (onunla girovların azadlığı üçün apardığım danışıqları bütün Cəbrayıl əhli eşidib) səninlə danışmaq istəyir. Ratsiya vasitasilə əlaqə yaradıldı, danışdıq. Hadrut rayon özünümüdafiə taborunun qərargah rəisu olan Edik bildirdi ki, 10 dəqiqə sonra “Armud postu”na binokulla baxım. Təxmin etdim nə demək istəyir. Dönüb əsgərlərə baxdım. Hamısı başını aşağı salmışdı, hətta hirsindən ağlayanlar da vardı. Basqa əlac yox idi. Binoklu göturüb 10 dəqiqə sonra “Armud postu”na baxdım. Kaş gözlərim kor olaydı o mənzərəni gördüyüm yerdə. Hər seyi açıq deyə bilmirəm, yəqin bunları bızim qadınlar da oxuyacaq. İndi basa düşun ki, bizə nəyi göstərirdilər.

Burda bir şeyi də qeyd edim, Xocalının qisasını Azərbaycanda ilk dəfə Cəbrayıl alayı, Gəncə reyd dəstəsi (bu gün erməni girovluğunda olan Dilqəm Əsgərov da o dəstədə qulluq edirdi), İmislinin “Küdrü qartalları” batalyonunun əsgərləri Hadrutun Sur kəndini təmizləməklə artıqlaması ilə aldılar.

Nə isə, qızlardan sonra bir cavan əsgərimizi də postdan bizə göstərdilər. Əvvəl onun köynəyini qaldırdılar. Sinəsinə basılmış xaç şəkilli dağı görəndə dəhşətə gəldim. Sonra oğlanı diz çökdürdülər. Biçağı boğazına dirədilər. Edik ratsiyada dedi ki, “səninlə komandirimiz Arutunyan danışacaq”. Sakitcə əsəblərimi cilovlayib dinlədim:

– Hər seyi gördün. Bu əsgər Xocalıda əsir götürülüb. Aprelin 24-də gözünüzün qabağında başını kəsib sənə göndərəcəyəm. Bir də burdakı qızlardan narahat olma, özün də gördün ki, bizim üsaqlar onlari darıxmağa qoymurlar.

Rabitə kəsildi. Bilmirdim nə edim. Əllərim əsirdi. Birdən Əli adli əsgər üzünü postdakı hərbçilərəmizə tutub qışqıra-qışqıra dedi;

– Ə, aramızda kişi var? Hər gün bunu bizə göstərirlər. Nə qədər dözmək olar? Allah bizə niyə ölüm vermir. Sizi bilmirəm, o qızların intiqami alınmayınca, hərbi intizami pozsam da, bunu başımda gəzdirməyəcəyəm. Bunu deyib başındakı əsgər papağını yerə çırpdı (Əli sonralar ermənilərin Sur kəndinə birinci girənlərdən oldu və şəhidliyə ucaldı. Məkanı cənnət olsun!).

Əsgərlərin üzünə baxa bilmirdim. Onların əksəriyyətini 1988-ci ildən, torpaqlarımızı tüfənglə, qoşalülə ilə qorumağa başlayan gündən tanıyırdım. Bizim alay 72 nəfərin iştirakı ilə yaradılmışdı və onların çoxu xalq hərəkatından gələnlər idi. Bu gün də onları hörmətlə xatırlayır, qarşılarında baş əyirəm.

Əsgərlərə bir söz demədən postu tərk etdim. Nə isə etmək lazim idi. Rayonun polis rəisi Vaqif Məhərrəmovla və alay komandiri mayor Yusifovla görüsməyi qərara aldım.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89151

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031