Bu günün ulduz falı – 27 fevral

27.02.2017 - 00:03

Qoç – borc almayın, borc verməyin. Ailədə maddi msələlərlə bağlı mübahisələr yarana bilər. Pərişanlıq və təəssüf hisslərinin formalaşmasına imkan verməmək üçün mühüm söhbətlərə başlamayın.

Buğa – ev işləri ilə məşğul olun, yaşamınızı qaydaya salın. Həyatınızdakı ətalət enerjisindən, köhnə baxış və emosiyalardan qurtulun. Alış-verişdə impulsun təsiri altına düşərək bədxərclik etməyin.

Əkizlər – istək və niyyətlərin fərqliliyi, çoxsaylı olması qırışıqlıq yarada bilər. Bütün diqqətinizi təkmilləşdirilməyə ehtiyacı olan məsələyə yönəldin. İndiyədək fikir vermədiyiniz detallara yaxşı baxın.

Xərçəng – münasibətlərdə nüanslar və ünsiyyətdəki həssaslıq önəm kəsb edir. Tələsməyin, situasiya sizin üçün əlverişli məcradadır. Təmkinli, səbrli olun, yaşananları müşahidə edin.

Şir – görülən işin kəmiyyətini keyfiyyətə çevirmək, önəmli insanlarla münasibətlərə yenidən baxmaq və dərinləşdirmək vaxtıdır. Əvvəllər yatırdığınız sərmayə və gördüyünüz işlər indi nəticəsini verir. Diqqət yetiriləsi məqamlardan xəbər verən işarələrə və siqnallara huşyar olun.

Qız – bu gün tənha qalmamağa çalışın. Addım və qərarlarınızın motivlərini aydınlaşdırın, ətrafınızdakı insanların davranışlarına fikir verin.

Tərəzi – sağlam praqmatizm nümayiş etdirin. Mövqelərinizi möhkəmləndirmək üçün yaranan şansları əldən verməyin.

Əqrəb – şərik və ya iş yoldaşlarınızdan dəstək almağa çalışın. Danışıqlar aparın. Şərtlər sərfəli olacaq.

Oxatan – asudə vaxtınızı ünsiyyət çevrəsini genişləndirməyin mümkün olduğu yerdə keçirin. Təcrübə mübadiləsi və maraqlı məlumatın alınması mümkündür.

Oğlaq – can atdığınız sakitlik və stabilliyin bərqərar olmasına çox var. Hisslərin təlatümü, emosiyaların tüğyanı üçün səbəblər az olmasa da, təmkinli davranın, tövrünüzü pozmamağa çalışın.

Dolça – eksperimentlərə hazır olun.  Hadisələrin inkişaf məcrası qəflətən dəyişə bilər. Diqqətli və sayıq olun, sərvaxt davranın.

Balıqlar – şəxsi münasibətlər zəminində sürətlənmə və gərginlik mümkündür. Aktivləşməyə çalışın, süst və ətalətli davranmayın.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89163

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930