Milli qəhrəman Çingiz Qurbanovun xatirəsi əbədiləşdirilib – FOTOLAR

12.03.2017 - 18:10

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsi Böyük Qafqazın ən yüksək dağ zirvələrindən biri olan Şahdağda əbədiləşdirilib.

Publika.az  xəbər verir ki, dəniz səviyyəsindən 4242 metr yüksəklikdə yerləşən zirvəyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb. Beş nəfərlik alpinist qrupunun Şahdağa yürüşü martın 8-dən başlayıb və üç gün davam edib. Martın 10-da zirvəyə çatan alpinistlər Milli Qəhrəman Çingiz Qurbanovun adı yazılan xatirə lövhəsini Şahdağ yüksəkliyinə bərkidiblər.

“Everest” idman klubunun direktoru Rusif Bağırov yürüşün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsini yaşatmaq, eyni zamanda, gənclərin dağçılıq ekstremal idman növlərinə marağını artırmaq məqsədilə həyata keçirildiyini bildirib.

Azərbaycan Ordusunun əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=90163

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031