Tarixdə bu gün: 26 mart

26.03.2017 - 09:53

1998-ci il. Ulu öndər Heydər Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında Fərman imzalayıb.

1910-cu il. Yazıçı, dramaturq, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Sabit Rəhmanın doğum günü (1910-1970). Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc etdiyi felyetonlarla başlayıb. O, dünyaca məşhur “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl baleti”nin librettosunun müəllifidir. Tanınmış bəstəkar Emin Sabitoğlunun atasıdır.

1910-cu il. Xalq Artisti Ələsgər Ələkbərovun doğum günü (1910-1963). Yaratdığı iki obraz – Vaqif və Otello yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Azərbaycan kinosunda Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan obrazlar yaradıb.

2003-cü il. Marsın ərazisində donmuş dəniz aşkar edilib. Alimlərin fikrincə beş milyon il bundan əvvəl bu sahə sular altında qalıb. Qırmızı planet deyə adlandırılan bu göy cismində nə vaxtsa həyatın olub-olmaması hələ də alimləri düşündürür.

2006-cı il. “Odnoklassniki” sosial şəbəkə fəalıyyətə başlayıb. Hazırda bu saytı sutkada 40 milyon istifadəçi izləyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91180

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930