Tibb dünyası şokda: Cavanlıq iksirinin tapıldığı iddia olunur

26.03.2017 - 12:16

Niderlandda siçanlar üzərində aparılmış sınaq dünya alimlərinin marağına səbəb olub.

Axar.az xəbər verir ki, Niderlandın Erazmus Universitetində siçanlar üzərində aparılan sınaq nəticəsində onların bəzi orqanlarının fəaliyyətini əvvəlki vəziyyətinə gətirmək mümkün olub. Yəni inkişafdan qalmış bir siçana bu preparat verildikdən sonra bədənində yenidən tüklər çıxmağa başlayıb, qaraciyər və böyrəklərinin funksiyası qüvvətlənib.

Hazırda araşdırmanı həyata keçirən qrup dərmanı insan üzərində sınaqdan keçirməyi düşünür.

Həkim Piter Keyzerin BBC-yə verdiyi açıqlamaya görə, insanlar bu araşdırmasına görə onun dəli olduğunu düşünür:

“Keçən il yenə siçanlar üzərində aparılan təcrübədə yaşlı hüceyrələrin öz-özlərini məhv etməsi müşahidə olunmuşdu. Bu üsulla siçanların ömrünu müəyyən qədər uzatmaq mümkün idi. Bu araşdırma isə yaşlı hüceyrələrin məhv edilməsi ilə birbaşa olaraq yaşlanmanın qarşısını alır.

İnsan yaşlandıqca hüceyrələr inkişafdan qalır və orqanların funksiyası getdikcə zəifləyir. İnanırıq ki, bu sınaqdan sonra istədiyimiz nəticəni əldə edəcəyik”.

Qeyd edək ki, cavanlıq iksiri ilə bağlı təcrübələr artıq xeyli müddətdir müxtəlif alimlər tərəfindən aparılır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91198

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930