Yadplanetlilərlə görüşən FİDE rəhbəri sirləri açdı – TƏFƏRRÜATLAR

27.03.2017 - 11:47

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Kirsan İlyumjinov yadplanetlilərlə görüşdüyü haqda şok açıqlama verib və həmin hadisənin təfərrüatlarında danışıb.

publika.az  xarici mediaya istinadən xəbər verir ki, K.İlyumjinov yadplanetlilərlə 1997-ci ildə – Kalmıkiya Respublikasının rəhbəri vəzifəsini icra edən zaman görüşdüyünü iddia edib: “Moskvanın mərkəzində mənim mənzilim var. İşdən sonra evə gəldim, kitab oxudum və bir az televizora baxdım. Daha sonra yatmaq üçün uzandım. Sonradan öz-özümə təhlil edirdim ki, baş verənlər yuxu ola bilərdi. Lakin mənim yatağımda olmadığımı görən şahidlər var. Mən hiss etdim ki, pəncərə açıqdır. Eyvana çıxdım. Dəhliz gördüm və boşqaba bənzəyən gəmiyə mindim”.

O, baş verənləri aydın hiss etdiyini deyir. Qeyd edir ki, yadplanetlilər sarı rəngdə idilər: “Mən onlarla danışdığımı xatırlayıram. Mən onlara deyirdim: qulaq asın, sizdə bir saat bizdə min ildir. Mən geri qayıdanda burada tamamilə başqa Yer kürəsi olacaq. Mənimlə işləyən insanları tapa bilməyəcəm. Yadplanetlilər isə məni inandırırdı ki, “hər şey normal olacaq”.

K.İlyumjinov yadplanetlilərdən soruşur: “Niyə indiyə qədər Yer sakinləri ilə əlaqəyə girməmisiniz”.

“Siz hələ hazır deyilsiniz, siz nizamsızlıqlarla ünsiyyət saxlamırsınız, siz hələ rüşeym səviyyəsindəsiniz”, – deyə ona cavab verirlər.

Bu görüşdən sonra o, baş verənlər haqda Rusiyanın o vaxtı prezidenti Boris Yeltsinə danışır. Yeltsin onu dinləyir və deyir: “Yaxşı, get işlərində məşğul ol”.

siyanın o vaxtı prezidenti Boris Yeltsinə danışır. Yeltsin onu dinləyir və deyir: “Yaxşı, get işlərində məşğul ol”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91256

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930