Abid Şərifovun vəziyyəti pisləşdi, təcili İsrailə aparıldı

03.04.2017 - 17:12

Ötən həftə Azərbaycanın baş nazirinin müavini Abid Şərifovun səhhəti kəskin pisləşib və o, təcili olaraq xüsusi təyyarə ilə İsrailə aparılıb.

Virtualaz.org xəbər verir ki, məlumatı minval.az İsrail KİV-lərinə istinadən yayıb. newsru.co.il bildirir ki, Abid Qoca oğlu Şərifov İsrailin Hayfa şəhərindəki RAMBAM xəstəxanasına yerləşdirilib. Onun xəstəxanaya ürəyin fəaliyyətinin kəskin pisləşməsi diaqnozu ilə daxil olduğu və kardiologiya bölməsində yerləşdirildiyi bildirilir.

Məlumata görə 77 yaşlı vitse-premyerin vəziyyəti ötən həftənin ortalarında pisləşib, o, əvvəlcə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin yerli həkimlər xəstəni analiz edərək belə qənaətə gəliblər ki, onun vəziyyəti ciddidir, həyati təhlükəsi var və İsrail kardioloqları tərəfindən müayinə olunsa yaxşıdır.

Abid Şərifovun İsrailə aparılmasını “Xorev” tibb mərkəzinin rəhbəri, doktor Roman Barak koordinasiya edib. Hayfaya çatanda onu artıq mütəxəssislər qrupu gözləyirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91877

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031