Hesablama Palatası Mahir Quliyevi bitirir… – Korrupsiya ittihamı…

03.04.2017 - 17:18

Son zamanlar Hesablama Palatası tərəfindən ayrı-ayrı dövlət qurumları, xüsusən də rayon icra hakimiyyətləri barəsində ciddi faktlar itimailəşdirilsə də, nədənsə bu bilgilər reaksiyasıslıqla müşaiyət olunmaqdadır. Amma görüntüdə olanı bu imiş. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan anlaşılır və məlumatlı mənbə iddia edir ki, yaxın günlərdə bir neçə rayon rəhbəri ilə bağlı məhz məlum yeyinti faktları səbəbindən qərar veriləcək. Ki, onlardan biri də Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevdir.

Mənbənin dia.az-a bildirdiyinə görə, xüsusilə barələrində ciddi korrupsiya faktları olan icra başçıları ilə yollar ayrılacaq. Bu zaman Hesablama Palatasının son aylarda apardığı auditlərin nəticələri əsas götürüləcək. Mənbəmiz belə icra başçılarından bəzilərinin kimliyi barədə də məlumat verib.

Belə aydın olur ki, onların arasında Biləsuvar rayonun icra başçısı Mahir Quliyevin adı ön plana çıxır. “Biləsuvar rayonunda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb. Bundan əlavə, 2017-ci ilin yanvar ayına qədər bu rayonda böyük yeyinti faktları aşkarlanıb ki, bunda da yerli RİH-in iştirakı müstəsnalıq təşkil etməkdədir. Bu isə yuxarı dairələrdə ciddi narazılığa səbəb olub və Mahir Quliyevin vəzifəsinə xitam verilməsi qərarlaşdırılıb” – deyə qaynağımız vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=91882

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031