Bakıda birgə yaşadığı kişini öldürən rus qadına hökm oxundu

11.04.2017 - 14:43

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Valentina Flimonovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Cumhuriyyet.az saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Valentina Flimonova 16 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi zamanı V.Flimanova ona qarşı elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, hadisədən əvvəl Nikolayın içkili olarkən dəfələrlə onu hədələdiyini, döydüyünü deyib.

Qeyd edək ki, hadisə ötən il avqustun 14-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində baş verib. Həmin ərazidə yaşayan V.Flimonova evində qeyri-rəsmi nikah münasibətlərində olduğu Nikolay Orlova bıçaqla xəsarət yetirib. Zərərçəkmiş hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Filimonova tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92586

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031