Bakıda “elektron kitab” adı ilə insanları aldadanlar hansı dini təriqətin üzvləridir – FOTOLAR

11.04.2017 - 14:49

Bakıda qadağan olunmuş dini təriqətin təbliğatı ilə məşğul olan şəxslər peyda olub. Haqqında danışacağımız dini cərəyanın təbliğatı haqda məlumat yeni olmasa da, onların təbliğat metodu yenidir. Belə ki, paytaxt Bakıda vətəndaşlara yaxınlaşan şəxslər “elektron kitab” saytının reklamı adı ilə insanları üzvü olduqları dini cərəyanın rəsmi portalına dəvət edirlər.

“Siz bizim bu saytımıza daxil olmaqla istədiyiniz kitabın elektron variantı ilə tanış ola və faydalana bilərsiniz” – deyə dini təriqətin təbliğat şüarında vətəndaşlara məlumat verilir. Bu zaman təbliğatla məşğul olan şəxslər ya saytın adını yazılı şəkildə insanlara təqdim edir, ya da mobil telefon vasitəsi ilə adı çəkilən portala necə daxil olmağı izah edirlər.

“Elktron kitab” adı ilə təbliğ edilən bu saytda əslində “Yehova şahidləri” adlı dini təriqətin fəaliyyəti haqda bütün məlumatlar yer alır. Haqqında danışdığımız www.jw.org saytında “Yehova şahidləri”nin məqsədi, təşkilatlanması, təşkil etdikləri görüşlər, keçirilən tədbirlər, dini təriqətlə bağlı hazırlanan nəşrlər haqda ətraflı məlumat verilir.

Dini cərəyanın təbliğatını aparan bu şəxslər əsasən gənclərə yaxınlaşaraq onlara mobil telefonları vasitəsi ilə bu sayta daxil olmağı təklif edirlər və dərhal da oradan uzaqlaşırlar.

 

Haqqında danışdığımız sayt bir çox dillərdə fəaliyyət göstərir. Azərbaycan dilində də istifadəsi mümkün olan bu saytda dini təriqətin filialları, ekskursiya etdikləri ərazilər də göstərilir.

Amma saytın “filiallar” bölməsinə daxil olduqda Azərbaycanla bağlı hər hansı bir məlumat tapmaq mümkün deyil. “Filiallar” bölməsinə daxil olarkən ilk olaraq ölkə seçimi etmək lazım olur. Bu bölmədə Almaniya, ABŞ, Argentina, İtaliya, Hollandiya, Yaponiya, Ukrayna, Rusiya da daxil olmaqla, 80-dən çox ölkənin adına rast gəlmək mümkündür. Bu ölkələr adıçəkilən dini təriqətin sərbəst şəkildə fəaliyyətinə icazə verən ölkələrdir.

 

Saytın qeyd etdiyimiz bölməsində yer alan ölkələrdən birinə daxil olmaqla əlavə məlumat da əldə etmək mümkündür. Bu bölmədə səyahət etmək istədiyiniz ölkədə “Yehova şahidləri” dini cərəyanının nümayəndələri ilə əlaqə saxlamaq mümkündür. Burada telefon nömrələri belə, yerləşdirilib. Bu bölmədə ölkələrdən Almaniyanı seçərkən diqqətimizi bir məlumat çəkir.

“Qısa məlumat” başlığı ilə çatıdırlan həmin məlumatda deyilir: “İl ərzində 17 milyon kitab və 165 milyon jurnal çap edir. Hər il 40-dan çox ölkəyə 280 dildə ümumilikdə 11 000 ton kitab və jurnal göndərir”. Bu rəqəmlər sadəcə cərəyanın Almaniyadakı filialına aiddir.

 

Saytda yerləşdirilən məlumatlardan aydın olur ki, cərəyanın mərkəzi ofisi ABŞ-da yerləşir. Təriqətin ABŞ-da 3 filialı fəaliyyət göstərir. Bu filiallardan biri olan Bruklin filialı cərəyanın ümumdünya fəaliyyətinə rəhbərlik işini həyata keçirir. Digər filial Paterson isə dini təriqətin nəşrlərinin bədii tərtibatı ilə məşğul olur. Həmçinin dini təriqətin təbliğatında istifadə olunan audio və video yazılar hazırlayır, onu dünyanın bir çox ölkələrinə yola salır.

ABŞ-da yerləşən üçüncü Uolkil filialında isə hər il cərəyanla bağlı 25 milyon ədəbiyyat çap edilir. ABŞ, Kanada və Karib dənizi ərazisində 15 000 yığıncaq da daxil olmaqla, bütün dünyaya 360 dildə ədəbiyyat göndərilir.

 

Bildirək ki, Bakı ilə yanaşı, Azərbaycanın bir çox bölgələrində “Yehova şahidləri” dini təriqətinin təbliğatı ilə məşğul olan bir çox şəxslər var. Onlardan bəzilərini hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz olaraq, fəaliyyət göstərərkən saxlayıb.

Bir neçə il əvvələ qədər bu təriqətin üzvləri əsasən qapı-qapı gəzərək, müqəddəs saydıqları dinin təbliğatı ilə məşğul olurdular. Onlar insanları dini mərasimlərə dəvət edir, onlara pulsuz nəşrlər hədiyyə edirdilər. Lakin sonradan bu cür təbliğatlar səngidi. Çünki qanunsuz olaraq təbliğatı aparılan bu cərəyanın bir çox üzvləri saxlanıldı.

 

Sonuncu olaraq aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilərkən “Yehova şahidləri” dini təriqətinin təbliğatı ilə məşğul olan şəxslər saxlanılmışdı.

 

Lökbatan qəsəbəsində Orucova Solmaz Məmməd qızı və Ağaliyeva Sevil Babaəli qızına məxsus mənzillərdə “Yehova şahidləri” qeyri-ənənəvi dini təriqəti üzvlərinin qanunsuz toplantı keçirmələri aşkar edilərək, qarşısı alınıb.

İki ünvanda 10-u azyaşlı uşaq olmaqla, ümumilikdə 33 nəfər müəyyən edilib, həmin dini təriqətin təbliğini ehtiva edən çox sayda dini təyinatlı ədəbiyyat aşkar edilərək, götürülüb və müvafiq qaydada sənədləşdirilib.

İ.Muradov,

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92590

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031