“Mətbuata qarşı niyə cinayət işi açdığı mənə tam aydın deyil”

11.04.2017 - 18:11

Ələsgər Məmmədli baş redaktora qarşı açılan cinayət işindən danışdı: “Bu və ya digər formada mətbuatda korrupsiya faktı işıqlanıbsa, bununla bağlı cinayət işi açıla bilər. İş isə mətbuata qarşı yox, korrupsiya faktına görə, orada adı keçən şəxslərə qarşı açılır”

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi anaxeber.az saytına qarşı cinayətişi açıb. Bu barədə saytın baş redaktoru Azər Talıbov məlumat veribb. Baş redaktorun sözlərinə görə, buna səbəb Bakı Beynəlxalq Dəniz Ticarət Limanı iləbağlı saytda gedən yazılar olub. Adı çəkilən qurumun Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini bildirən A.Talıbov, ona qarşı CM-nin 202-ci maddəsi ilə (Kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla əldə etmə və ya yayma) ilə cinayət işi qaldırıldığını vurğulayıb.
Maraqlıdır, məlum situasiyada media orqanına qarşı cinayət işi açmaq üçün hüquqi əsas varmı? Bu kimi hallarda problem necə, hansı şəkildə həll olunmalıdır? Cumhuriyyet.az-a açıqlama verən tanınmış hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Mən bu məsələnin detalları ilə tanış deyiləm. Amma mövcud situasiyada maraqlı məqam yaranıb. Normalda, bu və ya digər formada mətbuatda korrupsiya faktı işıqlanıbsa, bununla bağlı cinayət işi açıla bilər. İş isə mətbuata qarşı yox, korrupsiya faktına görə, orada adı keçən şəxslərə qarşı açılır. Yazılanlar araşdırılır, orada deyilənlərin nə dərəcədə doğru olub-olmadığı müəyyənləşdirilir. Onların yalan və ya doğru olub-olmadığına aydınlıq gətirilir. Əgər fakt araşdırılır və onun gerçək olmadığı aşkar olunursa, o zaman korrupsiyada ittiham olunan tərəfin məhkəməyə müraciət etmək hüququ yaranır. Yəni CM-nin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında məhkəmədə belə bir iş qaldırıla bilər. Lakin bu, prokurorluq tərəfindən qaldırılacaq iş deyil. Əgər kimsə əsassız yerə korrupsiyada ittiham olunubsa, bu, böhtan deməkdir. Böhtana görə isə iş qeyd etdiyim maddə üzrə qaldırılır. Anlaşılmaz məqam isə ondan ibarətdir ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi cinayət işini nəyə görə korrupsiya faktına görə yox, bilavasitə mətbuata qarşı açıb. Doğrusu bu, mənə tam aydın deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031