Biləsuvarda müəmma: ev əşyaları öz-özünə yanır — VİDEO

20.04.2017 - 23:31

Cumhuriyyet.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Biləsuvar rayonunun Bəydili kənd sakini Lazım Qarayevin evində bir müddətdir ki, əşyalar öz-özünə alışaraq yanır. Evdə ilk belə hadisə mart ayının 4 də baş verib. Əsasən günorta saatlarında baş verən yanğın əvvəlcə tüstü ilə müşayiət olunur. Ardınca isə həmin əşya naməlum şəraitdə alovlanır. Ən maraqlısı isə odur ki, bütün əşyalar daha çox uc tərəfindən yanır.

Evin zirzəmisində olan elektrik fanarlarının da ayrıcısı qəfildən yanıb. Bunun elektrik naqlillərindəki qısaqapanmadan baş verəcəyindən ehtiyatlanan Lazım Qarayev evə daxil olan xətlərini tamamilə dirəklərdən ayırıb.

Mənbəyi hələlik məlum olamayn yanğın təkcə Qarayevlər ailəsinin yaşadığı evdə yox, həm də həyətlərindəki digər tikililərdə- hamamda da baş verib.
Evə Biləsuvar yanğından mühafizə hissəsinin mütəxəssisləri baxış keçirsələr də, alovun nədən baş verdiyini müəyyənləşdirə bilməyiblər.
Ailə üzvləri kəndin mollasına da müraciət edib.

Azyaşlılar da daxil olmaqla 7 nəfərin yaşadığı ailə əşyaların qəfildən alışmasının evdə böyük miqyaslı yanğına səbəb ola biləcəyindən narahatdırlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92833

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031