Bu günün ulduz falı- 24 aprel

24.04.2017 - 00:08

Qoç – bu gün çox işlərin öhdəsindən gələ bilərsiniz. Gərəkli ola biləcək informasiyalar alınacaq, lazımi insanlarla təmaslar yaranacaq. Eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərin, yaxın gələcəkdə yaşanacaq dəyişikliklər üçün zəmin hazırlayın.

Buğa – uzaq səfər, yazışma, sizdən uzaqda olan insanlarla əlaqələr üçün əlverişli gündür. Yaşamınızda tərəfdaşlıq əlaqələrini gücləndirin.

Əkizlər – işgüzar tərəfdaşlar və ya şəriklərlə yeni maraq çevrəsinin, məqsədin və ya layihənin müəyyələşməsi imkanı yaranıb. Şəxsi münasibətlərdə irəliləyiş istəyi, təmasları möhkəmləndirmək cəhdi müşahidə olunacaq.

Xərçəng – adətən sizə yardım edən və lazımi istiqamətə yönəldən insanlarla təmasları aktivləşdirin. Ən ciddi problemləri itki və gərginlik olmadan həll etmək alınmayacaq. Bir mövzunun çərçivəsində qalmayın. Tənbəllik və süstlük etməyin.

Şir – ciddi emosional və fiziki səylər tələb edən işlər günün ilk yarısından diqqətli yanaşma tələb edir. İş qrafikini sıxlaşdırmağın yollarını düşünün. Mümkün qədər tez işə başlayaraq onları başa vurun. Yarımçıq qalan və tamamlanmasını tələb edən işləri bitirməyə çalışın.

Qız – kollektivin üvləri arasında qarşılıqlı əlaqə normal, birgə çalışmaq rəvan olarsa, niyyətlərinizə çata bilərsiniz. Yaxın ətrafınızdakı insanları axşam saatlarında sevindirin. Həssas, qayğıkeş olun, birgə istirahəti təşkil edin. Çox yeməyin.

Tərəzi – yaradıcı potensialınızı tam nümayiş etdirə biləcəyiniz işlərlə məşğul olun. Səfərlər, yeni informasiya və təəssüratın əldə olunmasına ehtiyac var. Bu günün ideyaları gələcəkdə faydalı ola bilər. Həmin ideyaları yadda saxlayın ki, sonradan unutmayasınız.

Əqrəb – nigaranlıq və narahatlığı müvəqqəti də olsa, unutmaq üçün iş xilasedici klapan rolunu oynaya bilər. Hadisələrin qəflətən dəyişə biləcək ritmini müşahidə edin. Maraqlandığınız nəsnələri izləyin, can atdığınız istiqamətə gedin. İnformasiya və məlumat toplayın.

Oxatan – ailə daxilindəki münasibətlər və ya iş yerindəki durum kəskinlşə bilər. Gərginliyin yaranmasına səbəb olmuş məqamı və ya hadisəni müəyyənləşdirin. Tərs gedən işi dayandırın.

Oğlaq – şəxsi münasibətlərdə konkretlik və müəyyənliyə nail olun. Dostlardan və ya tanışlardan biri ilə ümumi hədəfi bəlirləmək olar. Axşam saatlarında istirahət edərək stressdən qurtulun.

Dolça – ehtiyatlı davranın. Sizə qarşı məkrli davranmaq istəyən şəxs var. Təklifləri dinləyin, ideyaları müzakirə edin. Sonradan bu ünsürlərdən yararlana bilərsiniz.

Balıqlar – danışıqlar aparın, gərəkli zənglər edin, tanış və şəriklərin, habelə tərəfdaşların birgə fəaliyyətinə qatılın. Heç nədən problem yaratmayın. İstənilən hadisədə və ya vəziyyətdə mənfəət, xeyir, irəliləyiş ünsürləri tapmaq olar.(milli.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=92971

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2017
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031