“Etika – Media Məktəbi”nə start verildi – 100 gəncə təlim keçiriləcək

25.04.2017 - 17:25
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib gələrək maliyyələşdirdiyi, Gənclərin Sağlam İnkişafı İctimai Birliyinin təşkilatçı qismində iştirak etdiyi “Etika – Media Məktəbi” layihəsinə start verilib.
Layihə koordinatoru Nailə Qasımovanın sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan mediasına yeni düşüncəyə malik və həmçinin dövlətin maraqlarını hər şeydən üstün tutan gənc jurnalist ordusunun yaranmasına dəstək olmaqdır.
“Jurnalistikanın əsas məqsədi vətəndaşların cəmiyyətdə fəaliyyət göstərə bilmələri üçün onları dəqiq və etibarlı məlumatlarla təmin etməkdir. Güclü Media cəmiyyətdə maarifləndirmə işini irəliyə aparır və dayanıqlı inkişafı sürətləndirir. Medianın güclü olması jurnalistlərin öz işlərində peşəkar bacarıqlara və ümumi standartlara nə dərəcədə yiyələnmələrindən asılıdır.
Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sahəsindəki uğurları ölkədə internet istifadəçilərinin sayını artırmış, yeni saytların və internet portallarının meydana çıxmasına geniş şərait yaratmışdır. Hazırda gənclərin çoxu müxtəlif saytlarda çalışır və jurnalistika fəaliyyəti ilə məşğul olurlar”, – deyə Qasımova bildirib.
O? qeyd edib ki, “Etika – Media Məktəbi” layihəsi aprel və iyul aylarında Gəncə, Mingəçevir və Yevlax şəhərlərindən 100 nəfər gəncin cəlb edilməsi ilə təşkil olunacaq. Bundan başqa müfəssəl hazırlanmış təlim proqramı və praktik məşğələlər vasitəsi ilə jurnalistikaya dair müasir  bilik və bacarıqlar öyrədiləcək. Üç ay davam edəcək layihə boyunca iştirakçılar həmçinin tanınmış jurnalistlərin təlimlərində iştirak edərək peşəkar media qurumlarında təşkil olunan turlara da qatılmaq imkanı əldə edəcəklər.
 
Layihədə iştirak etmək üçün əlaqə saxlaya bilərsiniz: 
 
E-ünvan: info@gsi.az
Telefon: (012) 436 49 67
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93099

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930