Parlament qalmaqallı qanun layihəsini geri götürdü

26.04.2017 - 09:02

Böhtan və təhqirə görə cərimənin miqdarını artırmağı nəzərdə tutan düzəlişlər rəsmi Bakıya qınaq gətirə bilərdi
Bir neçə müddətdir ki, mediada Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin Cinayət Məcəlləsində böhtan və təhqirə görə cərimənin miqdarının artırıla biləcəyi barədə xəbərlər müzakirə olunurdu. Azərbaycanda böhtana görə cərimənin son həddi üç dəfə, təhqirə görə cərimənin son həddi artırılması gözlənilirdi. Bununla bağlı Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə dəyişikliklər təklif edilirdi.
Dəyişikliyə əsasən, 147-ci maddənin birinci bəndinin (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyasında “100 manatdan 500 manata qədər” cərimələr “1000 manatdan 1500 manata qədər” cərimələri ilə əvəzləndirilir. 148-ci maddənin sanksiyasında isə “300 manatdan 1000 manata qədər” cərimələrin isə “1000 manatdan 1500 manata qədər” cərimələr ilə əvəzlənməsi təklif olunurdu.

 
Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı təklifin aprelin 25-də Milli Məclisin plenar iclasında müzakirə edilməsi gözlənilirdi. Amma aprelin 25-də məlum olub ki, qanun müzakirə olunmayacaq. Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, sözügedən layihə ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürən qurum onu geri çəkib. Spiker heç bir əlavə şərh verməyib.
Bu dəyişikliklərin Azərbaycanın Avropa Birliyi ilə danışıqlarının yeni mərhələsinin başlanmasına təsadüf etməsi diqqət çəkirdi. Çünki Avropa İttifaqı ilə danışıqlarda həm də ölkədə insan hüquq və azadlıqlarına dair məsələlər də müzakirə ediləcək ki, bununla bağlı ilkin təmaslar artıq Bakıda başlayıb. İkincisi, hesab edilirdi ki, Azərbaycanda böhtan və təhqirlə bağlı cinayət məsuliyyətinin hələ də mövcud olması, indi isə daha da sərtləşdirilməsi ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddidir. Avropa İnsan Hüquqları Məhkəməsi rəsmi Bakıya böhtan və təhqirə görə cinayət məsuliyyətini birdəfəlik ləğv etməklə bağlı çağırışlar da edib.

 
Cəzaların sərtləşdirilməsi niyyəti iqtidarın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə də zidd və hökumətin siyasətini tənqid edən medianın da “gözünü qorxutmaq cəhdi” kimi qiymətləndirilirdi. Doğrudur, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa cərimələrin artırılmasına normal yanaşaraq dəyişikliyin azadlıqdan məhrumetmə cəzası nəzərdə tutmadığını vurğulamışdı.

“BBC-Azərbaycan”a açıqlamasında “böhtana görə heç bir vətəndaşı və jurnalisti həbs etmək düzgün deyil, amma bu davranışların həm də məsuliyyət tərəfi də olmalıdır” deyə, layihəni müdafiə etmişdi. Amma belə görünür ki, iqtidar düzəlişlərin beynəlxalq aləmdə doğura biləcəyi reaksiyanı öncədən proqnozlaşdıraraq qanun layihəsini gündəlikdən çıxarmağı daha vacib bilib.
“YM”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=93114

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930