Lənkəranskinin adamları Yunanıstanda toplandılar- Lotu Hikmətin qohumu “qanuni oğru” oldu

16.05.2017 - 08:22

Türkiyədə qətlə yetirilən “kriminal general” Rövşən Lənkəranskinin adamları Yunanıstanda “sxodka” keçiriblər. Cumhuriyyet.az BakiPost.az-a istinadən xəbər verir ki, dünən baş tutan yığıncaqda Lənkəranski klanına qarşı hazırda Azərbaycanda həbsdə olan Lotu Qulinin apardığı amansız mübarizə, onun artıq bütün sahələrə nəzarət etməsi müzakirə olunub. Qətlə yetirilən avtoritetə sadiq olan şəxslərin bundan sonrakı fəaliyyəti, onlara yönəlik hücumların qarşısının alınması barədə planlar cızılıb.
“Sxodka” da həmçinin Lənkəranskiyə yaxın olan 3 kriminal avtoritetə “qanuni oğru” adı veriblər. Taclandırılan şəxslər Vüsal, Ruslan və Məmmədqulu adlı kriminal avtoritetlərdir. Məlumata görə, Məmmədqulu məşhur “qanuni oğru” sabirabadlı Hikmədin qardaşı oğludur.
Qeyd edək ki, Lənkəranski qətlə yetirildikdən sonra onun tərəfdarlarına qarşı böyük müharibə başlayıb. Həmin klanın nəzarət etdiyi sahələr əllərindən alınır, Lotu Quliyə qarşı olan avtoritetlər “əzilir”. İndiyə qədər mediada bir neçə tanınmış avtoritetin dəhşətli işgəncələrə məruz qalması, hətta bir nəfərin qulağının kəsildiyi əks olunan videolar yayılıb.
Məlumata görə, Lənkəranskinin adamlarının əsas fəaliyyət göstərdiyi Rusiya, Ukrayna, Türkiyədə kriminal nəzarət tamamilə Qulinin adamlarına keçib. Elə buna görə də, Lənkaranski tərəfdarları “sxodka”larını Yunanıstanda keçiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=94149

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930