Data Mərkəzinin saytı istifadəyə verildi

20.07.2017 - 11:49

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC yeni fəaliyyətə başlayan Data Mərkəzinin veb saytını ictimaiyyətə təqdim edib.

Nazirlikdən Cumhuriyyet.net-ə verilən məlumata görə, Data Mərkəzi və onun təklif etdiyi infrastruktur əsaslı xidmətlərə artan tələbat və maraq nəzərə alınaraq xüsusiləşdirilmiş veb sayt istifadəyə verilib.

Sayt beynəlxalq data mərkəzləri və onların nəzdində analoji xidmətlər təklif edən dünya üzrə tanınmış şirkətlərin təcrübəsi əsasında yaradılıb. www.datamerkezi.az saytı Data Mərkəzi, onun xüsusiyyətləri, infrastruktur həlləri və onların əsasında formalaşan müxtəlif kommersiya təklifləri ilə tanışlıq üçün vahid platforma rolunu oynayır.

Sayt vasitəsilə istifadəçilər Data Mərkəzinin ümumi xarakteristikası, onun texniki təchizatı haqqında məlumat əldə etməklə yanaşı, öz tələb və ehtiyaclarına uyğun olan infrastruktur həllərinə dair sorğular da yönləndirə biləcəklər.

Ən son dövri texnologiyalardan istifadə edilməklə, keyfiyyətli telekommunikasiya xidmətləri göstərməyi özünə məqsəd seçən “AzInTelecom”un Data Mərkəzi 2016-cı ilin sonunda istismara verilib və  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı  ilə Azərbaycan Respublikasında mühafizə olunmalı, həyat təminatlı və mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib.

“AzInTelecom” haqqında

Yeni nəsil telekommunikasiya şirkəti olmaq və müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməyi özünə hədəf seçən “Azerbaijan International Telecom (AzInTelecom)” şirkət strategiyasını nüfuz, etibarlılıq və şəffaflıq kimi fundamental dəyərlər əsasında formalaşdırıb. “AzInTelecom” MMC-nin 3 əsas fəaliyyət istiqaməti mövcuddur:

1. Azərbaycanla xarici telekommunikasiya operatorları arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili.

2. Yeni yaradılmış Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (IaaS) əsaslı xidmətlər.

3. Azərbaycana idxal olunan telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması.

Trafikin analizi xidməti çərçivəsində Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan yüksək keyfiyyətli beynəlxalq telekommunikasiya xidmətlərinin alternativliyi təmin edilir, daha həcmli və müasir xidmətlər təqdim edilir. Trafik analizinin optimallaşdırılması məqsədi ilə “AzInTelecom” MMC-nin  nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) giriş və çıxış zənglərinin monitorinqinin təkmilləşdirilməsini, IP əsaslı daxili səs kanallarının təşkilini və bütün birbaşa istiqamətlərdə alternativ arabağlantını təmin edir.

İnfrastruktur xidmətləri “ISO 20000” və “Uptime İnstitute” tərəfindən “TIER III” sertifikatları ilə təltif olunan yeni yaradılmış regional  Data Mərkəzi isə yerli və beynəlxalq qurumlara infrastruktur xidmətləri göstərməyə qadirdir.

Sertifikatlaşdırma xidmətləri telekommunikasiya vasitələri və qurğularının texniki səviyyələrinin müəyyənləşdirilməsi və artırılması, keyfiyyətli məhsulun alınmasında konsaltinq xidməti, eləcə də, daxili bazarda rəqabət üçün müəssisə və təşkilatların fəaliyyətinə lazımi şəraitin yaradılmasına imkan verir.

“AzInTelecom” və onun xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.azintelecom.az veb saytından istifadə edə bilərsiniz.

cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=97028

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930