Bakıda “tibb” kursları və aldanan “tibb bacıları” — VİDEO

01.10.2017 - 23:22

Bəzi özəl kurslar tibb sahəsində təhsil verir. Bununla bağlı müxtəlif yerlərdə elanlara rast gəlirik. Əsasən də tibb bacısı hazırlığı kimi elanları görmək mümkündür. Bəs görəsən belə kurslari bitirənlər dövlət orta ixtisas məktəblərinin məzunlari ilə eyni təhsili alirmi? Yaxud özəl kurslarda 12 aya tibb bacısı olmaq mümkündürmü? 

Cumhuriyyet.net Xezerxeber.az-a istinadla məlumat verir ki, paytaxtda fəaliyyət göstərən tədris kurslarından birinin elanında tibb bacısı kursları təşkil edilir. Elanda hətta kursun proqramı da yazılıb. Yəni bura müraciət edənlərə daxili orqanlar, daxili xəstəliklər, laborator əşyalardan istifadə, iynə vurulması, sistem köçürülməsi, infeksion xəstəliklər, qrip, hətta quş qripi, allergiya və dərmanlar haqqında biliklər verilir. Həmçinin belə kurslarda gənclərə ilkin tibbi yardım göstərmək də öyrədilir. Bütün bunlar isə cəmi 12 aya tədris olunur. Dövlət orta ixtisas məktəblərində isə tibb bacısı diplomuna yiyələnmək üçün tələbələr 3 il təhsil alır. Sual yaranır, görəsən özəl kurslarda belə qısa müddətə tibb bacısı olmaq mümkündürmü?

Belə çıxır ki, özəl kursları bitirmək gənc qızların özləri üçün yaxşıdır. Yəni bu kimi kursların tibb ixtisasının məzunları lazım gəldiyi zaman ilkin tibbi yardım göstərə bilər, təzyiq ölçə və ya müəyyən əzələdaxili iynələri vura bilərlər.

Tibb ixtisası bitirən özəl kurs məzunlarının iş məsələsi də sual altındadır. Bir neçə özəl klinikadan və tibb mərkəzindən alınan məlumata görə, belə müəssisələr işə heç bir kurs məzununu götürmür.

Səhiyyə Nazirliyindən isə “Xəzər Xəbər”ə bildirdilər ki, belə kursları tanımırlar və məzunlarını da heç bir dövlət müəssisəsində işə qəbul etmirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99860

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031