Rejissor Obamanın şalvarını çıxartmaq istədi – VİDEO

Amerikalı rejissor və produsserin Obamaya qarşı etdiyi jestin videosu sosial mediada rekord sayda baxış toplayıb. A24.Az xəbər verir ki, Barak Obama rejissor Mel Bruksunu mükafatlandırıb və onun boynundan medal asıb. Prezident Bruksun medalını boynuna taxdıqdan sonra, rejissor jestlə Obamanın şalvarını çəkmək istəyib.

“Tsıqan” ləqəbli kriminal avtoritet Azərbaycana təhvil verilib

Rusiyada qətldə təqsirləndirilən şəxs Azərbaycana təhvil verilib. Cumhuriyyet.az-ın report-a istinadən verdiyi məlumata görə, Rusiyada həbs edilən Elmir Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində cəzasının Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsi barədə işinə baxılacaq. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmə iclası sentyabrın 30-na təyin edilib. Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz […]

Dolların məzənnəsi hələlik dəyişməz qaldı

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 27-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Cumhuriyyet.az-a verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sentyabrın 27-də 1,6292 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,6292 manata bərabər olub.

Sərt tədbir: 100-dən artıq agentin lisenziyası alındı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qanunvericiliyə əməl etməyən sığorta agentlərinə qarşı sərt tədbirlərə başlayıb. Cumhuriyyet.az xəbər verir ki, Palatadan Fins.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində 100-dən artıq sığorta agentinin lisenziyası ləğv edilib və ya dayandırılıb. Yaxın vaxtlarda bununla bağlı ətraflı məlumat veriləcək.

Azərbaycandan Rusiyaya etiraz – RƏSMİ

Azərbaycan Tarix Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib. Cumhuriyyet.az-ın xəbər verir ki, Milli Elmlər Akademiyasından trend-ə verilən məlumata görə, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurası Rusiya Dövlət Ermitajında 26-29 sentyabrda keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi […]

Azərbaycan avtomobillərinin satışa çıxarılacağı vaxt açıqlandı

Hər il 10 min avtomobil buraxılacaq. Azərbaycan ilə İranın Neftçalada inşa edəcəkləri birgə avtomobil zavodunun istehsalı olacaq ilk avtomobil 2017-ci ilin mayında satışa çıxarılacaq. Bu barədə yerli mətbuata məlumat verən İranın sənaye nazirinin müavini Cəfər Sərcani qeyd edib ki, ilkin mərhələdə zavodda istehsal olunacaq avtomobil İrandan gətirilən hissələrdən yığılacaq. İkinci mərhələdə isə Neftçalada ehtiyat hissələrinin […]

Azərbaycan Dillər Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Dillər Universitetində Tədris işləri üzrə prorektoru vəzifəsinə yeni təyinat olub. Cumhuriyyet.az xəbər verir ki, universitetin mətbuat xidmətindən  report-a verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun imzaladığı müvafiq əmrə əsasən, bu vəzifəyə Əfqan Abdullayev təyin olunub. Ə.Abdullayev təyinata qədər Təhsil Nazirliyinin Lisenziyalaşdırma və akkreditasiya sektorunun baş məsləhətçisi vəzifəsində işləyib. Bu gün nazirliyin Aparat rəhbərinin müavini […]

Vahid Əhmədov: Məmurlar reklam qanununu pozurlar

Azərbaycanda bir il bundan öncə qəbul olunmuş “Reklam haqqında” qanuna ciddi dəyişikliklər ediləcək. Bəs görəsən, bir yaşını təzəcə qeyd etmiş qanuna belə tez bir zamanda ciddi dəyişikliklər edilməsi hansı zərurətlərdən meydana çıxıb? Cumhuriyyet.az “Reklam haqqında” qanunun müəlliflərindən olan Milli Məclisin İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun məsələ ilə bağlı Modern.az-a müsahibəsini təqdim edir. Deputat […]

Ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək – RƏSMİ

Azərbaycanda ölüm haqqında şəhadətnamənin kağız forması ləğv ediləcək. Cumhuriyyet.az xəbər verir ki, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev apa-ya deyib ki, hazırda “Ölüm haqqında tibbi şəhadətnamənin elektron registrdən əldə edilməsi” üzrə tibbi xidmət yaradılır. Bu xidmətin yaradılması üzrə işlərin getdiyini deyən A.Mirzəyev vurğulayıb ki, nəticədə ölüm haqqında şəhadətnamənin kağız forması ləğv olunacaq: “Hazırda […]

Səlim Müslümov: Sosial sahəyə ayrılan vəsait artırılacaq

“Azərbaycanda 2017-ci ildə sosial sahəyə ayrılan vəsait artırılacaq”. Cumhuriyyet.az-ın məlumatına görə, Report-un Qarabağ bürosu xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Tərtər rayonunda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Nazirlər Kabinetinin sentyabrın 22-də keçirilən iclasında gələn ilin dövlət və icmal büdcəsi müzakirə olunub: “Toplantıda Prezidentİlham Əliyevin tapşırıqları səsləndirilib. Prezidentin tapşırığı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930