SOS: Azərbaycanda “duzlu” TƏHLÜKƏ

“Azərbaycanda satılan duzun əksər hissəsi insan sağlamlığı üçün təhlükəlidir”. Bu haqda Modern.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. Sədr bununla bağlı hələ uzun müddət əvvəl problem olduğunu xatırladıb: “2001-ci ilə qədər əhalinin çox hissəsi yod çatışmazlığı xəstəliyindən əziyyət çəkib. Bu xüsusilə ölü uşaqların doğulmasına, qısaboyluluğa, immunitetin aşağı düşməsinə, lal-karlılığa, o cümlədən zob xəstəliyinin […]

Xəstənin pul kisəsi tükənsə də, özü sağalmır

«Gedirsən ki, sağlamlığını bərpa edəsən, olan-qalan əsəblərini də orada qoyub qayıdırsan. Məsləhətxananın, az qala, qapısından keçmək də pulludur». Leyla Əsgərova ginekoloji problemlərini aradan qaldırmağı Yevlaxdakı həkimlərə etibar etməyib və paytaxta gəlib. Müalicəsi uzunmüddətli olduğundan Xətai rayonu ərazisində ev kirayələyib. Sonra isə 9 saylı qadın məsləhətxanasına müraciət edib. Deyir, 2 aya yaxındır ki, məsləhətxanaya gedib gəlir. […]

Neft Emalı zavodunun modernləşməsi bahalaşır…

“Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun (NEZ) yenidən qurulması və modernləşməsinə 1,5-1,7 milyard dollar xərclənəcək”. SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov belə deyib. Tofiq Qəhrəmanov qeyd edib ki, zavoda sərmayə qoyulması vacibdir. “Avqust ayında zavodda təmir işləri ilə əlaqədar istehsal dayananda xarici şirkətlər dəvətimizlə tədqiqat apardı və avadanlıqları yoxladı. Bu qurğular on illərlə […]

“Banklar əhaliyə yalvarmalıdır, əhali banklara yox”

Azərbaycanda problemli bankların idarə olunması, vaxtı keçmiş kreditlərin restrukturizasiyası ilə bağlı qanun layihəsi hazırlanıb. Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib. Restrukturizasiya nədir? İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, vaxtı keçmiş kreditlərin restrukturizasiyası müştərilərlə yenidən müqavilə bağlanması deməkdir: “Bundan ötrü də mənbə lazımdır. Amma Azərbaycanda mənbə yoxdur, axı. Xaricdə restrukturizasiya […]

“Təmiz göl” Binəqədi… – Videoreportaj

Oktyabr ayının son günləri Bakı şəhərinə yağan intensiv yağışlardan sonra paytaxtın Binəqədi rayonu ərazisində olan bir neçə küçədə və yolda böyük gölməçələr yaranıb. Həmin ərazilərdə hələ də insanlar evlərindən küçəyə çıxmaqda çətinlik çəkirlər. Avtomobillərin hərəkətində məhdudiyyətlər yaranır. Həmin ərazidən hazırladığımız videoreportajı təqdim edirik: (Report.az)

“Qərb”in siyasətçiləri, diplomatları, alimləri və… 25 illiyi

(Azərbaycanda ilkə imza atanlar) Anar Ələkbərov, Fariz İsmayılzadə, Nərgiz Qurbanova, Saida İbrahimova, Vüqar Əliyev, Liya Bayramova, Cəsarət Valehov, Nərgiz Nəsrullayeva, Fuad Kərimov, Kamran Kəlpəliyev, Fərid Cəfərov və digərləri. Siyasətçi, diplomat və sair peşələrə sahib olub tanınsalar da onları birləşdirən bir nöqtə var… Söhbət Azərbaycanın ilk qeyri-dövlət ali təhsil məktəblərindən biri olan, sağlam mühit və sağlam […]

Millimiz Şimali İrlandiyaya bu heyətlə gedir – SİYAHI

Millimizin Şimali İrlandiya yığması ilə oyun üçün heyəti açıqlanıb. 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti aşağıdakı kimidir: AD, SOYAD KLUB Kamran Ağayev Boavişta (Portuqaliya) Səlahət Ağayev İnter Anar Nəzirov Zirə Rəşad Sadıqov Qarabağ Bədavi Hüseynov Qarabağ Maksim Medvedev […]

Ankara və İstanbulda etirazlar başladı

Türkiyənin Ankara və İstanbul şəhərlərində HDP-çilərin həbsinə etiraz etmək üçün aksiyalar təşkil olunub. Kürd partiyasına yaxın Ankara Əmək və Demokratik Qüvvələri adlı həmkarlar ittifaqı paytaxtın Yüksəl küçəsinə toplaşıb. İnsan Haqları heykəli önündə toplaşan HDP tərəfdarları dövlət əleyhinə şüarlar səsləndiriblər. Ankara Valiliyi 30 noyabra qədər paytaxtda toplantı, mitinq, etiraz nümayişi keçirməyi qadağan etdiyindən polis nümayişi dağıdıb. […]

”Premium” markalı benzinin satışı dayandı

‘Tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib” Son 2 gündə bəzi yanacaqdoldurma məntəqələrində”Aİ-95 Premium” markalı yanacağın satışı dayandırılıb. “APA-Economics” bəzi yanacaqdoldurma məntəqələri arasında sorğu keçirib. “LUKoil-Azərbaycan” QSC-dən bildirilib ki, şirkət “Premium” markalı yanacağı “SOCAR Petroleum” QSC-dən alır: “Bizə yanacaq limitlə satılır. Yaranmış qıtlığın səbəbi də budur. Böyük ehtimalla, problem 1-2 günə həllini tapar”. “Tosoil” şirkətindən isə […]

”20-yə yaxın ev hər an sürüşməyə məruz qala bilər”

Şamaxının Mədrəsə kəndində sürüşmə sahəsində təhlükəli vəziyyət yaranıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası Şamaxı rayonundakı mövcud sürüşmə sahələrində monitorinqlərə başlayıb. ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, rayonun Dədəgünəş, Mədrəsə, Qızmeydan və Muğanlı kəndindəki sürüşmə sahələrinə baxış keçirilib. Sürüşmə sahələrindəki […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930