“Qızıl Məryəm”in qətlini sifariş verən qızının ilginc məhkəmə ifadəsi – CİNAYƏT İŞİ

Anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, bu il yanvarın 5-də saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel […]

Dünya su altında qalacaq: Antarktida buzlaqlarının əri – ŞOK VİDEO

Antarktida buzlaqlarının əriməsinin dəhşətli nəticələrini əks etdirən video-kadr yayılıb. Videoda ABŞ-ın bir çox ştatları, ada dövlətləri, Çin və Banqladeşin bir hissəsinin suyun altında qalacağı bildirilib. Planet sakinlərinin həyatı mənfiyə doğru dəyişəcək. Ərimə nəticəsində Dünya okeanında suyun səviyyəsi 70 metr qalxacaq. Bu, böyük quru sahələrinin suyun altında qalmasına səbəb olacaq. Bill Nay adlı amerikalı alim buzların […]

Villaların kölgəsindəki məcburi köçkün daxmaları – FOTOLAR

Ön plandakı daxmalarda məcburi köçkün ailələri məskunlaşıb. Arxa planda dəbdəbəli villalar… Bu mənzərə Azərbaycandakı kəskin təbəqələşmənin göstəricisidir.  Sizə təqdim etdiyimiz kadrlar, bu acınacaqlı mənzərə Bakının Nizami rayonundadır. Köhnə tikinti materiallarından tikilmiş alçaq qaçqın komalarının dəbdəbəli villaların əhatəsində salınması isə bu acı mənzərənin rəngini bir az da artırır. Uçuq-sökük, tikintisi yarımçıq qalan binalarda məskunlaşan qaçqın ailələri […]

Dolların sabahkı MƏZƏNNƏSİ

Noyabrın 15-nə manatın məzənnəsi açıqlanıb. Mərkəzi Bankdan verilən məlumata görə, 15.11.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6954 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, noyabrın 14-də də USD/AZN rəsmi məzənnəsi 1,6954 manat təşkil edib.

Ştaynmayer Almaniya prezidenti olur?

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası xarici işlər naziri Frank Valter Ştaynmayerin prezidentliyə namizədliyini dəstəkləyib.    Xristian demokratlarla eyni blokda təmsil olunan Xristian Sosial İttifaqının lideri Horst Zeehofer də Ştaynmayerə dəstəyini ifadə edib. Xatırladaq ki, iyunda 76 yaşlı prezident Yoahim Hauk növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Almaniyada seçkilər gələn il fevralın […]

“Nar”-ın tərəfdaşı olan “Rabitə”nin boksçuları uğur qazanmağa davam edir

“Nar” operatorunun tərəfdaşı olan “Rabitə” idman klubu qələbələr seriyasına davam edir. Cumhuriyyet.net xəbər verir ki, boks klubu özünün növbəti uğurunu Balakən şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Azərbaycan turnirində qazanıb. Belə ki, 23-28 sentyabr 2016-cı il tarixləri arasında keçirilmiş yarışda iştirak edən “Rabitə” idman klubunun boksçuları 4 qızıl, 1 gümüş və 5 bürünc olmaqla toplam […]

Yunanıstan səfirliyinin nümayəndəsi BBF-də olub – FOTO

Yunanıstanın Azərbaycandakı səfirliyində İqtisadi şöbənin rəhbəri Vassilios Sitaras “Baku Business Factory”nin (BBF) qonağı olub. V.Sitaras “Baku Business Factory”nin İdarə Heyətinin üzvü Anar Əskərov və şirkətin layihələr üzrə meneceri Rəşad Məmmədovla görüşüb. Görüş zamanı V.Sitarasa BBF şirkətində yaradılmış şərait, BBF-in məqsəd və gələcək planları barədə məlumat verilib. Həmçinin görüşdə Yunanıstan şirkətləri ilə BBF-də olan və müraciət […]

“Hər şey yazırlar, nə məhdudiyyət?” – Səməd Seyidov

«Azərbaycanda internet tam azaddır». Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov belə deyir. O, «Freedom House» və başqa beynəlxalq qurumların eyni istiqamətdə yanaşmalarından yorulduğunu bildirir. «Freedom House» noyabrın 14-də açıqladığı internet azadlığına dair hesabatında Azərbaycanı «qismən azad» ölkələr siyahısına salıb. Amma deputat bu qurumu tərəfli və qərəzli olmaqda, ikili standartlarda günahlandırır. O […]

Akif Çovdarov vəkillərindən imtina etdi- YENİLƏNİB

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb. […]

“O kadrları 2014-cü ildə görmüşəm” – Nuşirəvan Məhərrəmli

““Səni axtarıram” verilişinin dünən yayılan kadrarxası görüntülərinə mən hələ 2014-cü ildə baxmışam”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, həmin vaxt verilişdə saxta ssenarilərin olması ilə bağlı MTRŞ-ya məlumatlar daxil olub: “Bu məsələ hələ 2014-cü ildə bizim diqqətimizdə idi. O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2016
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930