“Pensiya sistemi dəyişəcək”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meylləri əhalinin məşğulluğunun və sosial vəziyyətinin səciyyələndirən göstəricilərin, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi gözlənilir”. Bunu 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir ölkədə pensiya alan əhalinin sayını da […]

Həbsdəki MTN generalının işində Əhməd Vəliyev və oğlunun da adı hallanır FOTO

Sübahir Qurbanovun 4,5 milyonluq əmlakı ilə bağlı ilginc təfərrüatlar, sənədlər “Azadlıq”da… Həbsdə olan MTN generallarının cinayət işində nazirdən tutmuş deputatlara, universitet rektorlarından iş adamlarına qədər ən müxtəlif kateqoriyalardan olan adamların adları hallanır. Həmin adamların da bir qismi istintaqda dindirilib. Bir müddət əvvəl həbsdəki generallardan biri olan Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, […]

Ötən ay dəm qazından zəhərlənənlərin sayı artıb

Noyabr ayı ərzində Azərbaycanda dəm qazından zəhərlənmə ilə bağlı xəstəxanaya daxil olan müraciətlərin sayı artıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ötən ay dəm qazından zəhərlənmə ilə bağlı 38 müraciət daxil olub və onlardan 20-si xəstəxanaya qəbul edilib. Xəstələrdən 6-sı uşaq olub: “Xəsətlərin hamısı lazıımi tibbi yardım […]

Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitləri vergiyə cəlb oluna bilər

“Dövlət ali təhsil müəssisələrinin sərbəst qalan vəsaitləri mənfəət və əmlak vergisinə cəlb olunması məsələsinə baxılmalıdır”. “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. “Azərbaycan prezidenti […]

Məmmədyarov: “Ermənistan Hamburq görüşü ilə bağlı hələ də cavab verməyib”

“Hər dəfə deyirik ki, biz imitasiya üçün danışıqlar aparmırıq. Biz gərək sülh naminə işləyək”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir Ermənistan tərəfinin hələ də Hamburq görüşü ilə bağlı cavab vermədiyini bildirib. “Onlar görüşdən də qaçırlar. Demək […]

Jurnalistlərdən Röyaya növbəti zərbə: Boykot edəcəklər

Əməkdar artist Röya Ayxanla jurnalistlərin qalmaqalı davam edir. AZXEBER.COM xəbər verir ki, müğənninin şəxsi “instagram” səhifəsində jurnalistlər haqda yazdığı şərhdən sonra media təmsilçiləri onu boykota hazırlaşır. Bu haqda portalımıza şou jurnalistləri məlumat verib. Belə ki, Röyanın 31 dekabr günü Olimpiya Stadionunda verəcəyi konsert proqramı ilə mətbuat konfransı planlaşdırılır. Stadiondan şou jurnalistlərinə dəvət göndərilsə də, jurnalstlər […]

Əliyevlə Sərkisyan arasında sensasion dialoq: “20 il, yox, 30 il…”

Ermənistanda nəşr edilən “Qraparak” qəzeti yazır ki, prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyan vaxtaşırı olaraq hakim Respublika partiyasının idarə heyətinin iclaslarında Dağlıq Qarabağa dair danışıqların detallarını bölüşürlər. “Ona görə ki, “qocalarda” XİN rəhbərinin biznes-klassda ora-bura uçmaqdan başqa nəsə işlə məşğul olmadığı görüntüsü yaranmasın”-qəzet yazır. Daha sonra qəzet hakim partiyadakı mənbəyə istinadən iddia […]

Heydər Babayevin yerinə Saleh Məmmədov gətirildi

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Həndbol Federasiyasının təşkilati məsələlərinin müzakirəsi ilə bağlı növbəti konfransı keçirilib. Gənclər və İdman Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, yığıncaqda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər. Ç.Hüseynzadə bildirib ki, federasiya prezidenti Heydər Babayev öz ərizəsi ilə vəzifəsindən istefa verib və bu səbəbdən […]

“76 yaşım var belə tərbiyəsizlik görməmişəm” – VİDEO

“76 yaşım var belə tərbiyəsizlik görməmişəm” bu sözləri Xalq artisti Flora Kərimova “Number 1” mükafatlandırma mərasimi zamanı deyib. Big.az xəbər verir ki, mükafat alan çox adam salonu tərk edib . Bunu görən Xalq artisti səhnəyə çıxıb və narazıçılığını belə bildirib:

Donald Tramp Türkiyəyə keçi ovlamağa gəldi

ABŞ prezidenti seçilmiş Donald Trampın oğlu, 38 yaşlı Donald Tramp (junior) bu həftə Türkiyədə keçi ovuna çıxıb.  Konqres, Ağ Ev və Amerika siyasətindən yazan “The Hill” qəzeti diqqəti belə bir məqama çəkir ki, oğul Trampın Türkiyəyə səfəri ata Trampın Ankara hökuməti ilə ilk təmasları ilə eyni vaxta təsadüf edir. Türkiyənin “Doğan” xəbər agentliyinin məlumatına görə oğul Tramp kurort şəhəri Antalya yaxınlığındakı dağlarda çərşənbə günü ov […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031