Azərbaycanda məktəblilərə İŞİD-lə bağlı göndərilən bu mesaj qorxu yaşadır – FOTOFAKT

Sumqayıt şəhərində məktəblilərə İŞİD-lə bağlı ‘whatsapp’ mesajı göndərilir. Bu barədə AZXEBER.COM-a şəhər sakinləri məlumat veriblər. Məlumata görə göndərilən mesajda heç bir həqiqəti əks etdirməyən İŞİD terror təşkilatı ilə bağlı qeydlər öz əksini tapıb. Belə ki, məktəblilər arasında qorxu yaradan bu mesajda “0508” axırı “59”la bitən bir nömrədən zəng gələcəyi təqdirdə telefonu açmamaları təkidlə bildirilib. Buna […]

“Ceyş əl-Fəth” səfirinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

“Ceyş əl-Fəth” silahlı koalisiyası (əvvəllər Cebhat ən-Nüsrə) Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb. Daha əvvəl Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən Mert Altıntaşın hoteldəki nömrəsində “Əl-Qaidə” terror qruplaşması və Fətullahçı terror təşkilatı haqqında kitablar aşkar edilməsi barədə məlumat yayılıb. Xatırladaq ki, səfir A.Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışı zamanı güllələnib.

Saxaraya son 37 ildə ilk dəfə qar yağıb – FOTO

Dünyanın ən böyük səhrası olan Saxaraya son 37 ildə ilk dəfə qar yağıb. «The Telegraph»ın məlumatına görə, qar iki gün əvvəl yağıb və hələ ki əriməyib. Fotoqraf Karim Buçetata mənzərəni lentə ala bilib. «Bu, çox nadir hal olduğu üçün görənləri heyrətləndirdi», deyə fotoqraf bildirib. Qeyd edək ki, bu vaxta qədər Saxaraya cəmi 2 dəfə qar […]

BNA-dan iş saatının dəyişməsi ilə bağlı TƏKLİF

“Bakı şəhərində iş saatının dəyişdirilməsi ilə bağlı müvafiq orqanlara təkliflərimizi göndərmişik”. Cumhuriyyet.az  APA-Economics-ə istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. V. Kərimlinin sözlərinə görə, paytaxt yollarında yaşanan problemlərdən biri bütün müəssisələrdə – istər dövlət, istərsə […]

Trampın yeni vergi siyasəti dolları daha 15% bahalaşdıracaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni vergi siyasəti dünya bazarında dolların 15% möhkəmlənməsi ilə nəticələnə bilər. Bu barədə Almaniyanın “Deutsche Bank”ının hesabatında məlumat verilib. Bankın analitiklərinin fikrincə, vergitutmada baş verəcək dəyişikliklər ABŞ-da idxal rüsumlarının korporativ vergilər səviyyəsinə yüksəlməsinə, ixrac rüsumlarının isə ləğv edilməsinə səbəb olacaq. Nəticədə, ABŞ-ın dünya ölkələri ilə ticarət münasibətləri dəyişəcək. Bu […]

İranlı cangüdən türk həmkarını gözündən kənar qoymadı – FOTO

Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzinin təşkil etdiyi rəsm sərgisinin açılış mərasimində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin görüşündə cangüdənlərin xüsusi tapşırığı olub. Cumhuriyyet.az Poliksal.ru-ya istinadən xəbər verir ki, onlar yalnız mühafizə etdikləri yüksək vəzifəli şəxslərə deyil, eləcə də bir-birini gözdən qoymayıblar. İnternetdə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, […]

Dünya rəhbərlərinin avtomobil kortejləri

Kortej dövlət və ya şəxsi mühafizəyə ehtiyac duyan şəxslərin daşınması üçün iki və daha artıq nəqliyyat vasitəsindən ibarət avtomobil düzülüşüdür.   Bir dəfə formalaşdırılan və mütəmadi qaydada vacib şəxsin təyinat nöqtəsinə maneəsiz və təhlükəsiz  çatdırılması üçün istifadə edilən kortej xidməti kortej adlanır.   Sizə bəzi dövlət və hökumət başçılarının avtomobil kortejlərini təqdim edirik:     […]

“O mənə kobud cavab verdi” – Çovdarov

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, sabiq MTN əməkdaşı, […]

Azərbaycana qış gəldi

Bu gün saat 14:44:12-də Azərbaycana qış daxil olub. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun virtualaz.org-a verdiyi məlumata görə, qışın daxil olma vaxtının müəyyənləşdirilməsi Yerin Günəş ətrafındakı hərəkəti ilə bağlıdır: “Qışın daxil olma tarixi hər il fərqlənir. Elə illər olub ki, qış Azərbaycana dekabrın 22-də daxil olub. Fevralın […]

”Faiq Əmirlinin mədə ağrıları şiddətlənib”

Lalə Əmirli: ”Qanunsuz saxlanılması əsəblərinə mənfi təsir göstərir” Dekabrın 21-də “Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirli həyat yoldaşı Lalə Əmirli ilə görüşüb. Bu barədə Lalə Əmirli məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən narazı deyil: “Ancaq Faiqin mədə ağrıları şiddətlənib, qanunsuz saxlanılması əsəblərinə mənfi təsir göstərir, stress onun […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2016
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031