ANS-ə şad xəbər – Baş Prokurorluqdan məktub göndərildi

“Bu yaxınlarda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən rəsmi məktub almışıq. Məktubda bildirilib ki, bizim xahişimizlə ANS-in rəhbərliyi çağırılıb və onlara öz əmlaklarını başqa yerə köçürməli olduqları haqda məlumat verilib” Cumhuriyyet.net xəbər verir ki, bunu modern.az-a açıqlamasında AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, ANS-in avadanlıqları ilə bağlı məsələdə hələ ki […]

Mehriban Əliyeva beynəlxalq təşkilatın mükafatına layiq görülüb

Bakıda işinə başlayan Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin iyulun 11-də rəsmi açılış mərasimi olub Cumhuriyyet.net-in xəbərinə görə, Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresidir. Tədbirin təşkilində əsas məqsəd DTHA-nın növbəti yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməkdir. Konqresin […]

DİN suyu kəsəcək

Azərbaycanda “Sudan istifadə Qaydaları”na dəyişikliklər edilib. Yeni dəyişikliyə əsasən, istehlakçıları xəbərdar etmək şərtilə, onların su təchizatının dayandırılması halları artırılıb Cumhuriyyet.net Trend-ə istinadən xəbər verir ki, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında istehlakçıların su təchizatı istehlakçını mütləq […]

“Buta Airways”in aviabiletləri satışa çıxarılıb

Bu gündən etibarən “Buta Airways” aşağı büdcəli aviaşirkətinin aviabiletlərinin satışa buraxıldığı rəsmi saytı işə başlamışdır www.butaairways.az saytı üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Aviaşirkətin ilk reysi sentyabrın 1-də Tbilisiyə planlaşdırılmışdır. İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Kiyev (“Julyanı” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. […]

Zəhranın atası danışdı: “Mərminin partlaması onları yarı yolda qoydu” – VİDEO

ARB 24 televiziyası Füzulinin Alxanlı kəndindən xüsusi reportaj hazırlayıb Telekanalın xüsusi müxbiri, tanınmış jurnalist Nadir Şəfiyev şəhid Zəhranın qəbrini ziyarət edib, kənd sakinlərindən və Zəhranın yaxınlarından müsahibə alıb. Reportaj bütövlükdə rus dilində hazırlanıb, azərbaycan dilində subtitrla təqdim olunub. Nadir Şəfiyev – xüsusi müxbir: “Biz hazırda Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəyik. Bura cəbhə bölgəsidir. Cəmi 400 […]

Azercell-dən yeni iPhone 7 və iPhone 6S Plus kampaniyaları

Azercell Telekom MMC yay aylarında da müştərilərini sərfəli kampaniyalarla sevindirməyə davam edir. Belə ki, 11.07.2017-ci il tarixindən etibarən yeni kampaniya çərçivəsində abunəçilər iPhone 7 128GB və iPhone 6S Plus 32GB  kimi 4G-dəstəkli smartfonlarını aylıq uyğun olaraq cəmi 99AZN və 85AZN-dən başlayan ödənişlə əldə edə bilərlər. Bu kampaniyaya qoşulmaqla abunəçilər smartfonlarla yanaşı, 5GB-dan başlayan internet paketlərindən istifadə və ölkədaxilində sərfəli […]

Zəhranın yeni görüntüləri yayıldı – FOTO

Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində həlak olmuş Zəhra Quliyevanın yeni görüntüləri yayılıb Cumhuriyyet.net xəbər verir ki, Zəhranın yeni şəkillərini millət vəkili Aydın Mirzəzadə paylaşıb. Xatırladaq ki, iyulun 4-də, saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində […]

Yanğında ölən uşaq biznesmen oğlu imiş – VİDEO

İyulun 9-da Cəlilabad rayonunda fərdi yaşayış evinin yanması nəticəsində tüstüdən boğularaq ölən 7 yaşlı Hüseyn Əliyev məşhur iş adamının oğlu imiş. “Qafqazinfo”nun verdiyi xəbərə görə, vəfat edən H.Əliyevin atası Əliyar Əliyev “Woodpecker” mebel fabrikinin sahibidir. Onun 2 qızı və 1 oğlu olub. Hüseyn isə evin ən kiçik uşağı olub. Qeyd edək ki, hadisə rayonun Qarazəncir […]

Generala ağır itki

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırova ağır itki üz verib Cumhuriyyet.net unikal.org-a istinadən xəbər verir ki, generalın atası Əloş Bağırov dünyasını dəyişib. Allah rəhmət eləsin! cumhuriyyet.net

Bakıda uşaq poliklinikasında cərrah yoxa çıxdı – VİDEO

“Get, başqa vaxt gələrsən” Bakıda yerləşən 2 saylı Uşaq Poliklinikasından şikayət var. Cumhuriyyet.net milli.az-a istinadən xəbər verir ki, klinikada cərrah yoxa çıxıb. Sosial şəbəkədə yayılan videoda görünür ki, valideynlər övladını cərrahın yanına gətirib. Ancaq xəstəxanadan ona deyilib ki, bu gün cərrah olmayacaq. Hətta həkim xəstənin valideyninə deyib ki, “gərək vaxtında gətirərdiz, bu gün cərrah olmayacaq”. Həmin […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2017
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31