Azərbaycanda benzinin qiymətində artım gözlənilir?

Sosial şəbəkələrdə və yerli KİV-lərdə Azərbaycanda benzinin qiymətinin artacağı barədə məlumatlar yayılıb Cumhuriyyet.net-in xəbərinə görə, bəzi şəbəkə istifadəçiləri yanacaqdoldurma məntəqələrində artıq növbələrin yarandığını bildirib. Qiymət artımının Azərbaycanda istehsal olunan və çoxluğun istifadə etdiyi “Aİ-92” markalı benzinə aid olacağı qeyd edilir. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda “Aİ-92” markalı benzinin qiyməti 0,70 AZN təşkil edir. cumhuriyyet.net

Beynəlxalq Muğam Mərkəzində “Zəhra” şüarı ilə anım gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Zəhra” şüarı adı altında müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçirilib “Report” xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, “Asan Radio” və Azərbaycan Gənclər Fondu tərəfindən təşkil olunub. Layihənin direktoru şairə Nigar Həsənzadə tədbir iştirakçılarına təşəkkürünü bildirib və gecənin […]

İlan sancan tanınmış tele-jurnalist İlqar Mikayıloğlunun durumu ağırdır – AÇIQLAMA

Bu gün Füzuli rayonunda çəkiliş aparan zaman ilan sancan teleaparıcı İlqar Mikayıloğlunun vəziyyəti ağırdır Bu  haqda musavat.com saytına açıqlamasında teleaparıcının həyat yoldaşı Zülfiyyə Bayramova deyib: “Haramı düzündə çəkiliş aparırdıq. Hadisə qəfildən baş verdi, bir anda ilan Mikayılı sancdı. Mikayıl ilanı görməmişdi. İlkin tibbi müdaxilə edildi. Hazırda Bakıya aparılır. Mikayılın vəziyyəti barədə qəti fikir bildirə bilmərəm. Yaxşı olması […]

Doğuşda ölən Gülsüm məktəbdə müəllimə işləyirmiş – VİDEO

Sumqayıt şəhərindəki 2 saylı Doğum Evində 1988-ci il təvəllüdlü Əliyeva Gülsüm Rasim qızının doğuş vaxtı vəfat etməsi ilə bağlı cinayət işi açılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb. Qeyd edək ki, xəstəxanadan bildirilib ki, 29 yaşlı qadın qanaxma nəticəsində həyatını itirib. […]

Malik Məmmədov: Novruz Məmmədov yalan danışır, həmin ərazi mənə məxsusdur

İsmayıllı rayonu, Basqalaltı deyilən ərazidə “Şölətoğlu” ailəvi istirahət mərkəzinin sahibi olduğunu iddia edən Novruz Gülməmmədov “Azadlıq.info” saytına müsahibəsində ərazinin satın alınması üçün təzyiqə məruz qalmasından danışıb. Lakin redaksiyamıza müraciət edən Malik Məmmədov Novruz Gülməmmədovun doğru məlumat vermədiyini, mətbuatı yanlış istiqamətləndirdiyini qeyd edib. Onun sözlərinə görə, ərazi Novruz Gülməmmədova deyil, ona məxsusdur. M. Məmmədov bildirir ki, […]

“Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” yüksək müştəri məmnuniyyəti göstəricilərinə nail olmağa davam edir. Belə ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları cavablayır. Müştəri xidmətlərinin geniş spektrini bilavasitə sosial media üzərindən təqdim etmiş […]

Avtobusda növbəti rüsvayçılıq: Sürücü “Bakı Kart”ın yerinə sərnişinlərdən pul yığır -VİDEO

Bakıda 88 saylı sərnişin avtobusunda sürücü sərnişinlərdən pul yığıb Cumhuriyyet.net AZXEBER.COM- a istinadən xəbər verir ki, avtobus sürücüsü  “Bakı Kartı” olmasına baxmayaraq, bir neçə sərnişindən pul alıb. Bu qanunsuzluğu sərnişinlərdən biri ləntə alıb. Həmin görüntünü təqdim edirik: cumhuriyyet.net

Azərbaycanda oğruların iyrənc planı: öz arvadını ev sahibi ilə…

Oğurluq edərkən öz arvadını ev sahibinin yanına göndərən şəxsə hökm oxunub. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən təqsirləndirilən hər iki şəxs 3 il müddətə azadlıqdan məhrum edilib. Onlar […]

Azərbaycanda 13 iyul faciəsi – 1 gündə 10 ölü

Azərbaycanda bir gündə baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb Cumhuriyyet.net-in DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır. cumhuriyyet.net

ANS-in qapadılmasından 1 il ötür… Açılmaq şansı varmı?

Mais Məmmədov: “ANS-in nəyə görə bağlandığını başa düşə bilməmişəm” İyulun 18-də ANS TV-nin qapadılmasının 1 ili tamam olacaq. Kanalın fəaliyyətinin dayandırılmasından ötən bir il ərzində keçirilən məhkəmə prosesləri də bir nəticə vermədi. Telekanal rəhbərliyinin iddiaları təmin edilmədi. Qeyd edək ki, ANS TV ilə yanaşı, ANS ÇM radiosu, anspress.az saytı və bu qurumun tərkibində olan digər […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2017
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31