Gənclər Sosial məsələlərin həllində İncəsənət vasitəsilərindən istifadə edir

“Konstitusiya” Araşdırmalar Fondunun “MitOst” Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsi çərçivəsində gənclərin sosial mövzulara həsr etdiyi təşəbbüslərin təqdimat mərasimi Hyatt Regency otelində baş tutub. İctimaiyyət üçün açıq olan təqdimat mərasimində “İnkişaf zamanı” proqramının tərəfdaşları, təlimçiləri, iştirakçıları, mentorları və digər qonaqlar iştirak ediblər. Qyed edək ki, İnkişaf Zamanı proqramı çərçivəsində həyata […]

Texnologiya Universitetində şərlənən şikayətçi danışdı

Son illər Azərbaycan Texnologiya Universitetində qeyri-adi hadisələr, biabırçılıqlar və özbaşınalıqlar tuğyan edir. Özünə “toxunulmazlıq statusu” almış rektorun həngamələri, dəhşətli korrupsiya halları mövcud olsa da, cəzasızlıq hökm sürür. Qocaman rektorun sərgüzəştləri hər gün özünə yeni qalmaqallı səhifə açır. Nə təhsil naziri Mikayıl Cabbarov, nə də bir başqası maxinator rektoru durdurmaq haqqında düşünmür. Görəsən niyə? Bəlkə özəl […]

“Əhəd Abıyevin xidməti otağına məxsus telefonla təhqir olunmuşam” – Seymur Verdizadə

“Təhdidlərə məruz qalmağımın səbəbi Qafqazinfo.az saytında dərc olunmuş “Əsa ilə gəzən icra başçısı, işsiz gənclər” adlı yazım olub. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və onun əlaltıları hesab edirlər ki, qarşı tərəfin – Əhəd Abıyevin şərəf və ləyaqətini alçaltmışam. Buna görə də noyabrın 28-dən Əhəd Abıyev dostlarıma zəng edir, hədə-qorxu gəlir”. Bunu “Report”a jurnalist […]

Çingiz Qənizadə jurnalistin müdafiəsinə qalxdı: “Məmur dözümlü olmalıdır”

“Jurnalistin yazisina görə onu təhdid etmək, ona və ailə üzvlərinə qarşi nalayiq ifadələr işlətmək yolverilməzdir”.  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiq Qənizadə bu fikirləri jurnalist Seymur Verdizadənin Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən təhqir olunmasına reaksiya verərkən bildirib. Hazırda Ukrayna paytaxtında tədbirdə olan deputat Musavat.com-a açıqlamasında belə hərəkətləri qınayıb: “Biz […]

Tofiq Həsənova ədliyyə general-mayoru rütbəsi verildi – Sәrәncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tofiq Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi Tofiq Etibar oğlu Həsənova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tərtər şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq […]

Jurnalistlər öz evlərinə niyə köçə bilmirlər? – KİVDF rəhbəri aydınlıq gətirib

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilmiş binadan ev almış media nümayəndələrinin öz mənzillərinə nə vaxt köçəcəkləri ilə bağlı açıqlama verib. O, qeyd edib ki, ilin sonuna kimi jurnalistlərə mənzillərin açarları təqdim ediləcək: “Əlbəttə, biz çalışırıq ki, ilin sonuna qədər jurnalistlərin sənədlərini təqdim edək, onlar öz evlərinə […]

Əsa ilə gəzən icra başçısı, işsiz gənclər…

Seymur Verdizadə Ötən həftə şair Əliağa Kürçaylının xatirələrini oxuyanda, maraqlı bir epizod diqqətimi cəlb etdi. Əliağa müəllim yazır ki, 1942-ci ildə gənc yazıçıların respublika müşavirəsində çıxış edəndə xalq şairi Səməd Vurğun onun sözünü kəsərək, harada oxuduğunu soruşub. Kürçaylının cavabı belə olub: “Oxumuram, fəhlə işləyirəm”. Səməd Vurğun başını bulayıb: “Fəhləliklə şairlik bir araya sığmaz, gəl sənədlərini […]

“Qara bazarda” rubl bahalaşmaqda davam edir – Son vəziyyət

Noyabr ayının 28-də “qara bazar”da dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb. Avropa valyutası “qara bazar” məzənnəsi də dəyişməyib. Belə ki, avronun alışı 2.00 manat, satışı isə 2.01 manat təşkil edir. “Qara bazar”da Rus rublu isə […]

Baş Prokurorluq bu şirkətlərə cinayət işi açdı – SİYAHI

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluq birgə məlumat yayıb.  Cumhuriyyet.net-ə daxil olan məlumatda bildirilir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tikinti obyektlərində, o cümlədən bu növ obyektlərin sifarişçi, podratçı […]

İntihar xəbəri yayılan Anar Nağılbaz Azərbaycanı tərk edir – Birdəfəlik gedir

İntim görüntüləri yayılan və bu səbəbdən intihara cəhd edən reper Anar Nağılbaz Azərbaycanı tərk etmək qərarına gəlib. AZXEBER.COM-un məlumatına görə, reperin intihar həddinə gəldiyi və ağır günlər keçirdiyi deyilir. Mediaya açıqlamasında “adamı kürəyindən vurmazlar” deyən Nağılbazın yaxın zamanlarda ikinci dəfə ailə quracağı və Azərbaycanı birdəfəlik tərk edəcəyi bildirilib. Bu haqda məlumatı portalımıza reperin yaxın ətrafı […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930