Lavrov Bakıya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Unikal.org-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib. S.Lavrovun səfəri dekabrın 14-ü baş tutacaq.

Prezident ipoteka ilə bağlı dəyişiklik etdi – Rəsmi

Prezident İlham Əliyev “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun tətbiqi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Cahan.info Mia.az-a istinadən xəbər verir ki, qanunun birinci maddəsində […]

Sabiq gömrük şefi Bakıda saxlandı

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb. “Report”un xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub. Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa […]

“Miranşah” və “Lotos-MQ 2012” MMC haqda – İddia

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova ilə bağlı informasiyalar səngimək bilmir. Bir müddət Mərkəzi Elmi Kitabxanada ümumi dəyəri 122.567 min manat olan 113 ədəd noutbook və kompyuterin oğurlanması ilə gündəmə gələn xanım sən demə,“Soros fondu”nun əməkdaşı da olub. İxtisasca həkim Leyla İmanova tibb sahəsində deyil, AMEA-da çalışmaq başlayıb. Bir müddətdən sonra […]

Saçı qırxılan gəlinin xəyanət – Videosu

ATV-də yayımlanan “BizimləSən” verilişində əri tərəfindən saçları qırxılan gənc qadının videosu müzakirə olunub. Unikal.org-un məlumatına görə, baş verənlərə aydınlıq gətirmək üçün qadının qayınanası Afət xanım Rusiya Federasiyasından telefon bağlantısı ilə efirə qatılıb. Qayınana gəlininin onun oğluna evli olduqları müddətdə xəyanət etdiyini deyib: “Gəlin qohumumdur. 3 ay bundan əvvəl, sentyabrın 13-də Rusiyaya gəlmişik, 15-də isə oğlum […]

Badamdar “bandası” təşvişdə – Detallar

Paytaxtın Badamdar bələdiyyəsi rəhbərliyi təşviş içindədir. Bayıl yamacında sürüşməyə səbəb olan villaların tikintisinə icazə verilməsi və torpaq satışı sədr Həbib Əsədovu qorxuya salıb. Cahan.info xəbər verir ki, Səbail rayonunun sabiq başçısı və indi Bakının meri olan Eldar Əzizov bələdiyyə sədrini cəzalandıra və işdən azad edə bilər. Badamdar bələdiyyəsində yaşanan və ciddi söz-söhbətlərə səbəb olan mövzulardan biri […]

Xırdalanda yanğın: 30 nəfər çıxarıldı

FHN-dən verilən məlumata görə, yanğın çoxmərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın şaxtasında 10 p.m elektrik naqilləri yanıb. Yanğın zamanı 30 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu gün nazirlər görüşəcək

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan bu gün Milanda görüşəcəklər. Unikal.org xəbər verir ki, görüş sabah Milanda açılacaq ATƏT Xarici İşlər Nazirləri Şurasının 25-ci iclası çərçivəsində keçiriləcək. Xatırladaq ki, dünən E.Məmmədyarov ATƏT XİNŞ iclasında iştirak etmək üçün İtaliyaya yola düşüb. E.Məmmədyarov və Z.Mnatsakanyan arasındakı görüş ATƏT-in […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2018
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31