
Vətəndaş Həmrəyliyi Partiyası Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın öz torpaqlarını düşmən işğalından azad etmək üçün apardığı Zəfər Savaşında qələbəsini heç cür həzm edə bilməyən Fransanın davranışları böyük təəssüf və qəzəb doğurur. İşğalı və işğalçını dəstəkləyən də ən az onun qədər günahkardır. Bu səbəbədən Fransanın Ermənistana göstərdiyi […]

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı “525-ci qəzet”i yaranmasının 30 illiyi münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Hörmətli Rəşad Məcid və “525-ci qəzet”in əməkdaşları! Qəzetinizin 30 yaşını ürəkdən təbrik edirəm! “525-ci qəzet” mənim üçün xüsusilə doğmadır. Sevinirəm ki, Azərbaycan mediasında öz dəsti xətti və nüfuzu olan bu qəzetin qeydiyyat sənədini mən imzalamışam. […]

Bir aydan artıqdır ki, İranın bütün bölgə və şəhərlərini kütləvi etiraz aksiyaları bürümüşdür. Bu aksiyalarla İran cəmiyyətinin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar keçirdiyini bir daha dünyaya göstərmiş oldu. İnsan dəyərlərinin ən ali məqam sayıldığı, sosial, milli haqların ümumbəşəri ideyalara çevrildiyi XXI əsrdə demokratik prinsiplər heç bir dövlətin daxili işi sayıla bilməz. İranda milyonlarla Azərbaycan […]

Vətəndaş Həmrəyliyi Partiyası ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Bəyantda deyilir: “Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə möhkəmlənərək bölgədə hegemon qüvvəyə çevrilməsi türk düşmənlərini hərəkətə gətirib. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri bu qüvvələrin […]

Əgər təşkilat toqquşmalara qarışarsa Türkiyə də vəziyyətə müdaxilə edə bilər KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti təhlil etmək üçün işçi qrup yaratmağı təklif edib. Bu təklif KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında səsləndirilib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ölkəsinin Ermənistanla Azərbaycan arasında məsələlərin alternativsiz, yalnız siyasi və diplomatik üsullarla sülh yolu ilə həllindən çıxış etdiyini […]

Qarabağ mövzusu Azərbaycan ədəbiyyatında həmişə geniş mənada Vətən mövzusunun atributlarından biri kimi qəbul edilmişdir. Dağlıq Qarabağ münaqişəsi yaranana qədər Qarabağ motivi Azərbaycan ədəbiyyatının poetik qanadının ilham pərisi funksiyasını yerinə yetirmişdir. Lakin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin meydana çıxması və bədnam ermənilərin havadarlarının gücü ilə Azərbaycanın bu qədim torpaqlarını işğal etməsi ilə Qarabağ mövzusundakı nikbin notlar bədbinlik, məyusluq cizgiləri ilə […]

Məlum olduğu kimi İranın dini lideri Əli Xamneyi şəxsi “Twitter” səhifəsində etdiyi paylaşımda Ermənistan-İran sərhədinin bağlana biləcəyindən narahatlığını bildirib. “Biz Qarabağın Azərbaycana qayıtmasına sevinirik. Amma əgər İran-Ermənistan sərhədinin bağlanması siyasəti olarsa, İran buna qarşı çıxacaq. Ona görə ki, bu sərhəd bir neçə min illik əlaqə yoludur”,- deyə Əli Xamneyi yazıb. İran rəsmilərinin bu açıqlaması rəsmi […]

Xəbər verildiyi kimi, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinə şeir və poemaları, publisist yazıları, pyes, roman, povest və hekayələri, eləcə də dünya ədəbiyyatından tərcümələri, çıxışları və yol qeydləri toplanmışdır. Seçilmiş əsərlərin yaxın üç ildə tamamlanması nəzərdə tutulur. Bu günlərdə dördüncü cild çapdan çıxmışdır. Dördüncü cildə müəllifə ümumxalq məhəbbəti qazandırmış və çox böyük […]

Azərbaycanda hüququn öldüyü, onun heç bir işə yaramadığı gün kimi aydın məsələdir. Bu ölkədə məhkəmənin müstəqil olmadığı, yalnız notarius funksiyasını yerinə yetirdiyi də dəqiqdir. Biri tutur, biri yazır, biri isə hökmü ilə təsdiq edir. Bəhs edəcəyimiz olay da bunlardan biridir. JAMAZ.İNFO xəbər verir ki, hadisə 28.09.2019-cu ildə Xətai rayonu ərazisində yerləşən Zeytun bağlarında baş verib. […]
Apr 11 2022 | Posted in
xəbərlər |
Read More »

2021-ci ildə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, 16 dini icma dövlət qeydiyyatından keçirilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn kollegiya iclasında DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib. O […]