Bakıda DƏHŞƏTLİ İNTİHAR: Özünü 16-cı mərtəbədən atdı

    Bakıda intihar hadisəsi baş verib. Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan 19 yaşlı Kamran İsmayılov özünü həmin evin 16-cı mərtəbəsindən ataraq intihar edib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.(Report)

Bakıda “patı” çəkən ananın uşağı əlindən alındı – RƏSMİ

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin özünün “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paytaxtın Yasamal rayonunda yerləşən “Şaurma 1” kafesinin yanında ananın öz körpəsini daşın üzərinə qoyaraq narkotik vasitələrdən istifadə etməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb. Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla Rövşanə Kərimovanın azyaşlı […]

Ermənilər TƏŞVİŞDƏ: Bakı Fransada artıq dəstək qazanır

    Fransada yaşayan ermənilər Azərbaycan təşkilatlarının aktivləşməyə başlamasından narahatdırlar. Bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni jurnalist Tiqran Yekavyan deyib. “Azərbaycan Fransaya tələbələr göndərərək və Bakıdakı fransız dilində təhsili genişləndirərək, yeni fransızdilli elita hazırlayır. Orada artıq fransız universiteti var və lisey yaradılması planları da mövcuddur”, – deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini Fransadakı […]

Prezident BU DEPUTATLA bağlı sərəncam imzaladı

    Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Abşeronda birmərtəbəli ev yandı

    Abşeron rayonunun Atyalı qəsəbəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tunis Prezidenti Baş naziri işdən çıxarıb parlamenti buraxdı

    Tunis Respublikasının Prezidenti Kays Sayid Xalq Nümayəndələri Məclisinin (birpalatalı parlament) fəaliyyətinin dayandırıldığını elan edib. Bu barədə “TRT Haber” məlumat verib. Bütün deputatların toxunulmazlığı ləğv edilib, baş nazir Hişam Maşişin isə istefa verəcək. Bu müddət ərzində isə hökumətə başqa şəxs rəhbərlik edəcək. Tunis Respublikasının Prezidenti Kays Sayid ölkədəki vəziyyəti müzakirə etmək üçün Karfagendəki sarayda […]

Güclü külək əsəcək, yağış yağacaq – Bu günün HAVASI

  Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 29-31° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq. Abşeron çimərliklərində mülayim şimal-qərb […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031