İcra başçısı və 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi şəhər və kənd bağçalarında uşaqlara göstərilən qayğı ilə maraqlanıblar

Bu gün əminliklə qeyd edə bilərik ki, müstəqil ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti uğurla davam etdirilir. Bu, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənclərə göstərdikləri qayğıda öz real əksini tapır. Xüsusilə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat […]

Ombudsman ermənilərin ABŞ-dakı təxribatı ilə bağlı müraciət YAYDI

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ABŞ-da yaşayan erməni əsilli radikalların təxribatı ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir: “Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, bu günlərdə ABŞ-da yaşayan erməni əsilli radikallar 1973-cü ildə Kaliforniya ştatında türk diplomatlarını qətlə yetirmiş erməni terrorçu Qurgen Yanikyanın fotoşəklini Azərbaycanın Los-Ancelesdəki konsulluğunun binası […]

Dolların məzənnəsi sabit qaldı

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.   AMB-dən  bildirilib ki, bankın yanvarın 13-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Azərbaycanda yeni radio kanalı AÇILIR

Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda iclası keçirilib.   Bu barədə MTRŞ-dan verilən məlumatda bildirilib.   Qeyd edilib ki, iclasda ümumrespublika radio kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz işçi tezliyinə) 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək müsabiqə elan olunması barədə qərar qəbul edilib.

Bütün pensiyaların artırılmamasının səbəbi açıqlandı – RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün növ pensiyaların artırılmamasına aydınlıq gətirib.   Nazirlikdən  bildirilib ki, ölkədə növbəti sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2022-ci ilin əvvəlindən 20% artırılaraq 200 manatdan 240 manata çatdırılıb.   Bildirilib ki, bu artım pensiyalarının məbləği 240 manata qədər […]

Bu şəxslərin maaşlarına əlavələr ÖDƏNİLƏCƏK

Tibb müəssisələrinin elmi şöbələrində çalışan işçilərinin əmək haqlarına sabit aylıq həvəsləndirici əlavələr müəyyən edilib. Bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevin qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası” na edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, tibb müəssisələrinin elmi […]

Nazarbayev Nur-Sultandadır – SƏFİR

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev hazırda Nur-Sultan şəhərindədir.   Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bunu səfirlikdə keçirilən mətbuat konfransında deyib.   O bildirib ki, N.Nazarbayev ölkədəki vəziyyəti izləyir və ölkə prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.

İlham Əliyev müəllimləri təltif etdi – SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.   Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif ediliblər.   “Dostluq” ordeni […]

Şagirdin başını divara çırpan müəllimə XƏBƏRDARLIQ edildi

Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin fiziki tərbiyə dərsi zamanı müəllim şagirdə zorakılıq tətbiq etməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.   Bu haqda şagird Leyla Əliyevanın anası paylaşım edib.   Ananın sözlərinə görə, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb:   “Şagirdlərin gözü qarşısında qızımın başını […]

Sabahdan sülhməramlılar Qazaxıstandan ÇIXARILIR

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının fəaliyyətindən danışıb. Prezident sülhməramlı missiyanın fəaliyyətini çox yüksək qiymətləndirib. Tokayev deyib ki, sabahdan KTMT kontingentinin Qazaxıstandan çıxarılmasına başlanılır:   “Bunun üçün müvafiq ölkələrin rəhbərləri ilə danışıqlar aparılıb”.

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31