
Nyu-Dehlidə keçiriləcək Böyük İyirmilik (G20) sammitinə dəvət edilən ölkələr arasında Ukrayna yoxdur. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Arindam Baqçi deyib. O bildirib ki, sammitə hələ müəyyən qədər vaxt var: “İştirak edəcək ölkələr, həmçinin dəvət edilənləri elan etmişik. Ukraynanın olduğunu düşünmürəm”.
Yan 5 2023 | Posted in
Dünya |
Read More »

Azərbaycan tərəfi Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə ikinci müraciətini təqdim edib. Bu barədə Cumhuriyyet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Müraciətdə deyilir: “Xüsusilə, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər […]
Yan 5 2023 | Posted in
Siyasət |
Read More »

Ukraynada müharibə başa çatdıqdan sonra da Rusiya ilə əlaqələrin normallaşacağını düşünmürük. Cumhuriyyet.az xəbər verir ki, bu barədə NATO rəhbəri Yens Stoltenberq deyib. “Rusiya ilə münasibətlərdə problemlər qalmaqda davam edəcək. Rusiya fərqli Avropa görmək istəyir”, – deyə o bildirib.
Yan 5 2023 | Posted in
Dünya |
Read More »

Rusiya Prezidenti Vladimir Putin Ukraynada 6 yanvar tarixindən Moskva vaxtı ilə saat 12:00-dan 7 yanvar 00:00-dək atəşkəs elan edilməsi barədə təlimat verib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yan 5 2023 | Posted in
Dünya |
Read More »

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı baş tutub Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Ərdoğan davamlı sülhün bərqərar olması üçün vasitəçilik missiyasını öz üzərinə götürməyə hazır olduğunu bildirib.
Yan 5 2023 | Posted in
Dünya |
Read More »

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı fevralın 15-də keçirəcəyi hərraca 5 faydalı qazıntı yatağı çıxaracaq. Bu barədə Cumhuriyyet.az-a Dövlət Xidmətindən bildirilib. Məlumata görə, bunlar, Xızı rayonundakı “Şurabad” qum yatağı, Balakən rayonundakı “Göyəmtala” gil yatağı, Qazax rayonundakı “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafa rayonundakı “Acıdərə” vulkan […]
Yan 5 2023 | Posted in
XƏBƏR LENTİ |
Read More »

“Fərqani” adı verilən “kosmos avtobusu” sahəsində işlər aparılır. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Baykar” İdarə Heyətinin sədri və texnologiya rəhbəri Səlcuq Bayraqdar yerli mediaya açıqlamasında deyib. O, şirkətin təxminən bir ildir ki, kosmos sahəsində araşdırmalar apardığını bildirib: “İki il ərzində fəzaya peyk buraxmağı hədəfləyirik”.
Yan 5 2023 | Posted in
Manşet |
Read More »

Azərbaycanda 700 min işçini əhatə edəcək minimum aylıq əməkhaqqı artımı üçün büdcədən 450 milyon manat ayrılması nəzərdə tutulub. Cumhuriyyet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. O xatırladıb ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamla minimum aylıq əməkhaqqı 1 […]
Yan 5 2023 | Posted in
İqtisadiyyat |
Read More »

Xarkovda məşhur sovet yazıçısı Nikolay Ostrovskinin abidəsi sökülüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Xarkovda sovet yazıçısı Nikolay Ostrovskinin abidəsi sökülüb. O, Çernışevskaya küçəsində, yazıçının adını daşıyan uşaq kitabxanasının yaxınlığında yerləşirdi”, – məlumatda qeyd olunub.(kult.az)
Yan 5 2023 | Posted in
Dünya |
Read More »

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı hakimiyyətin başçısı Bəşər Əsədlə görüşə biləcəyini söyləyib. Cumhuriyyet.az xəbər verir ki, Ərdoğan Rusiya-Türkiyə-Suriya olaraq bir prosesə başladıqlarını deyib. “Xarici işlər nazirlərimiz görüşəcək, sonra da baş verənlərə görə lider olaraq bir araya gələcəyik”, – o bildirib.
Yan 5 2023 | Posted in
Dünya |
Read More »