Pakistan Ərdoğanın Nobelə namizədliyini irəli sürdü

Pakistan Senatı və xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani məlumat verib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərə görə Nobel Sülh mükafatı namizədliyinə layiq görülüb. “Prezident Ərdoğan böyük səyləri ilə hər […]

Bu senator Bakıya səfir təyinatına imkan vermir

ABŞ Prezidenti Co Bayden Mark Libbinin Azərbaycana səfir təyin edilməsində israr edir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə ictimai fəal Yeganə Hacıyeva qeyd edib. O bildirib ki, Bayden dünən Konqresin 2023-cü il üçün ilk sessiyası günü yenidən Azərbaycana səfir kimi Libbinin namizədliyini irəli sürüb: “Libbi Konqresin 2022-ci il üçün son sessiyasında namizədliyi təsdiq edilməyən 175 […]

İranın qaz ixracı kəskin azaldı

İran dünyada təbii qaz ehtiyatları üzrə üçüncü yerdə olmasına baxmayaraq, yüksək istehlak və qaz yataqlarının işlənilməməsi səbəbindən ölkə soyuq mövsümdə ciddi qaz böhranı ilə üzləşib. Cumhuriyyet.az xəbər verir ki, bunu İran Milli Qaz Şirkətinin İnteqrasiya edilmiş planlaşdırma direktoru Hüseynəli Məhəmmədhüseyni deyib. “İran dünya qaz ticarətinin 8-10 faizinə, yəni dünya qaz ticarəti portfelinin 100 milyard kubmetrdən […]

Moldova bu tarixdə AB üzvü olacaq – Sandu

Moldovanın Avropa Birliyinin bir hissəsi olacağına əminəm. Cumhuriyyet.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib. Düşünürəm ki, Moldova bu onilliyin sonuna qədər AB-nin bir hissəsi olmalıdır. Əgər hamımız səy göstərsək, hər kəs öz yerində çalışsa, arzumuzu reallığa çevirsək, bu, baş verə bilər”, – Sandu bildirib.

Dünyada Saakaşvili üçün aksiyalar keçirilir

Gürcüstanın bir neçə şəhəri və xarici ölkələrdə həbsdə olan keçmiş prezident Mixail Saakaşviliyə dəstək aksiyaları keçirilir. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb. Aksiya iştirakçıları Saakaşvilinin xarici ölkələrin birində müalicəsinin təmin olunmasını tələb ediblər. “Aksiyalar “SaveMisha” şüarı altında Gürcüstanın Nyu-York, Vaşinqton, London, Berlin, Münhen, Grankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, […]

Suqovuşan niyə quruyur? – Rəsmi açıqlama

Suqovuşan su anbarında suyun səviyyəsinin aşağı düşmə səbəbi orada gedən təmir-bərpa işləridir. Cumhuriyyet.az xəbər verir ki, bunu Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin Baş mühəndisi Mehman Kərimov Oxu.az-a açıqlamasında deyib. “Suqovuşan su anbarının dib qapıları 30 ildən artıq müddətdə təmir olunmayıb. Hazırda həmin qapılar təmir edilir. Bununla əlaqədar tərəfimizdən məqsədli şəkildə suyun səviyyəsi aşağı salınıb. Sərsəng su […]

Ölkədə əczaçılıq məhsullarının istehsalı artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 milyard 110 milyon 100 min manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,7%, rezin və plastik kütlə məmulatlarının istehsalında 6%, kimya sənayesi məhsullarının istehsalında isə 2,7% artıb. Bu barədə Dövlət […]

Rusiya İtaliyanı rədd etdi: Eqoist məqsədlər…

İtaliya Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilməz, çünki o, Kiyev rejiminə kömək edir və aqressiv anti-Rusiya mövqeyi tutur. Cumhuriyyet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. “Bir çox ölkələr Ukrayna böhranının həllində iştirak etməyə hazır olduqlarını bəyan edir, bəziləri isə birbaşa olaraq bizə vasitəçilik xidmətlərini təklif edir. Bəziləri bunu […]

Polşa ABŞ-dan 116 ədəd “Abrams” aldı

Polşa ABŞ-dan əlavə 116 ədəd “Abrams” tankı tədarük edib. Cumhuriyyet.az xəbər verir ki, bu barədə Polşa Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Baş nazirin müavini, milli müdafiə naziri Mariuş Blaşak Polşa ordusu üçün 116 ədəd “M1A1 Abrams” tankının tədarükü ilə bağlı müqaviləni təsdiqləyib”, – məlumatda qeyd olunub. Məlumata görə, ilk “Abrams”lar bu il ərzində Polşa hərbçilərinə […]

Rusiyada araq satışı kəskin artdı

Rusiyada 2022-ci ilin yanvar-noyabr aylarında araq satışı ötən ilin analoji dövrü ilə müqayisədə 6% artıb. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb. Məlumata görə, bu ilin 11 ayı ərzində Rusiyada 68.8 milyon dekalitr araq satılıb. Ötən il bu rəqəm 64.9 milyon dekalitr idi. Federal və Regional Alkoqol Bazarlarını Araşdırma Mərkəzinin rəhbəri Vadim Drobizin sözlərinə […]

Photo Gallery

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031